Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda artıq ödənilmiş pensiyanın vətəndaşdan tutulması halları məhdudlaşdırılır

© Sputnik / © Sputnik / Elvin AhmadPensiyaçı qadın, arxiv şəkli
Pensiyaçı qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
İndiyədək artıq ödənilmiş pensiya ancaq vətəndaşdan tutulurdu, bundan sonra artıq ödənişin tutulması diferensial olacaq. Artıq ödənişin pensiyaçıdan hansı hallarda məhkəmə qaydasında tutulacağı da müəyyənləşir.
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanda artıq ödənilmiş pensiyanın vətəndaşdan tutulması halları məhdudlaşdırılır. İndiyədək artıq ödənilmiş pensiya ancaq vətəndaşdan tutulurdusa, bundan sonra artıq ödənişin tutulması diferensial şəkildə müəyyən ediləcək.
Belə ki, əgər vəzifəli şəxsin təqsiri varsa, artıq ödənilmiş pensiya onun özündən tutulacaq. Artıq ödənişin pensiyaçıdan hansı hallarda məhkəmə qaydasında tutulacağı da müəyyənləşir. Bununla bağlı "Əmək pensiyaları haqqında" qanunun 39-cu maddəsinə dəyişiklik edilir.
Artıq ödənilmiş pensiyalar ilə bağlı yanaşma dəyişir
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, artıq ödənilmiş əmək pensiyaları ilə bağlı yanaşmanın dəyişilməsi təklif olunur:

"Hazırda bu məsələ Milli Məclisdə müzakirə edilir və parlament təsdiq etdikdən sonra bu, qüvvəyə minəcək. Əgər artıq ödəniş vəzifəli şəxsin təqsiri nəticəsində baş veribsə, həmin məbləğ vəzifəli şəxsdən tutulacaq. Əvvəlki dövrlərdə isə artıq ödənilmiş pensiyanın məbləği vəzifəli şəxsdən deyil, vətəndaşdan tutulurdu. Bundan sonra isə artıq ödəniş vəzifəli şəxsin təqsiri ucbatından baş verərsə, həmin vəsait vəzifəli şəxsin özündən geri alınacaq".

© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Təklif edilən dəyişikliklər birmənalı şəkildə vətəndaşların xeyrinədir
O bildirib ki, eyni zamanda artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan hansı hallarda məhkəmə qaydasında tutulacağı müəyyənləşir:
"Təklif edilən dəyişikliklər birmənalı şəkildə vətəndaşların xeyrinədir. Çünki bu, vətəndaşın təqsiri olmadığı halda artıq ödənilmiş vəsaitin vəzifəli şəxsdən geri alınmasını nəzərdə tutur. Bu da eyni zamanda vəzifəli şəxslərin məsuliyyətinin artırılmasına və hesabatlılığın genişləndirilməsinə imkan verəcək. Bu baxımdan dəyişikliklər vətəndaşların sosial təminatının gücləndirilməsinə və onların hüquqlarının daha geniş səviyyədə qorunmasına xidmət edəcək".
Tutulan məbləğ hər ay pensiyaçıya ödənilən məbləğin 20 faizindən çox ola bilməz
Əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov da Sputnik Azərbaycan-a deyib ki, mövcud qanuna görə, artıq ödəniş pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin artıq ödənişin vətəndaşdan hansı hallarda məhkəmə qaydasında tutulacağı qanunda yox idi. İndi isə həmin hallar müəyyən edilir.
© Photo : Courtesy of Ruslan HumbatovƏmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov
Əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov  - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Əmək və sosial münasibətlər üzrə ekspert Ruslan Hümbətov
O əlavə edib ki, pensiyadan tutulan məbləğ hər ay pensiyaçıya ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz.
Artıq ödənişin vətəndaşdan tutulduğu hallar hansılardır?
Qeyd edək ki, layihəyə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından yalnız aşağıdakı hallarda məhkəmə qaydasında tutulacaq:
rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
Vəzifəli şəxsin təqsiri olduqda artıq ödəniş ondan tutulacaq
Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulacaq.
Xatırladaq ki, Milli Məclisin ötən həftə keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Əmək pensiyasının növləri bunlardır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası.
Xəbər lenti
0