Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə nədən danışıb

© AR Ministry of Defence Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub
 Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Tərəflərin iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı müzakirə apardıqları bildirilir.
BAKI, 3 oktyabr - Sputnik. Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparıblar.
Qeyd edək ki, sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX”XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri çərçivəsində İran İslam Respublikasının pavilyonuna baxış keçirib.
Qeyd olunub ki, İran Aviasiya Sənaye Təşkilatı (IAIO) bu ölkənin mülki və hərbi aviasiya sənayesini planlaşdırmaq, nəzarət və idarə etmək məqsədilə 1966-cı ildə yaradılmış dövlət korporasiyasıdır. Şirkət təyyarə və aerokosmik məhsullar istehsal edir.
Xəbər lenti
0