https://sputnik.az/20221003/ran-lideri-kutlevi-etirazlarin-teskilinde-mesuliyyet-dasiyanlari-aciqlayib-447016902.html
İran lideri kütləvi etirazların təşkilində məsuliyyət daşıyanları açıqlayıb
İran lideri kütləvi etirazların təşkilində məsuliyyət daşıyanları açıqlayıb
Sputnik Azərbaycan
Xamenei ABŞ və İsraili etiraz aksiyaları hazırlamaqda ittiham edir. 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T23:29+0400
2022-10-03T23:29+0400
2022-10-03T23:29+0400
iran
ittiham
kütləvi etiraz aksiyası
prezident
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427012092_0:106:2201:1344_1920x0_80_0_0_3d1edd772196e661f8c09f0468bdf8ea.jpg
BAKI, 3 oktyabr — Sputnik. İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei respublikada son illərdə baş verən ən kütləvi etiraz aksiyalarından danışaraq, onların təşkilində ABŞ və İsraili günahkar adlandırıb. Onun sözlərini "IRNA" agentliyi sitat gətirir."Bu qızın (Məhsa Əmini) ölümü faciəvi hadisə idi. Bu, məni də üzdü", - deyə Xamenei bildirib.Eyni zamanda o, lazımi araşdırma aparılmadan Quranın, məscidlərin, bankların və özəl avtomobillərin yandırılmasının tamamilə yolverilməz olduğuna diqqət çəkib.Ruhani liderin sözlərinə görə, bütün bunlar xaricdən təşkil olunub."Bu iğtişaşlar və qeyri-sabitlik Amerika, sionist rejim və onların tabeliyində olanlar tərəfindən planlaşdırılıb", - deyə Xamenei qeyd edib.Xatırladaq ki, sentyabrın 13-də səlahiyyətlilər Əmini adlı gənc qızı hicabını düzgün geyinməməkdə ittiham edərək həbs ediblər. Qızı "izahlı söhbət üçün" məntəqəyə aparıblar. Orada vəziyyəti pisləşən Əmini dərhal xəstəxanaya aparılıb və orada da vəfat edib.Həyatını itirənin ailəsi və İran müxalifəti hesab edir ki, ölümə səbəb Məhsanın polis bölməsində döyülməsi olub. Eyni zamanda Böyük Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi qızın ölümünü faciəvi hadisə adlandırıb. Etirazlar bir neçə həftədir ki, davam edir və hər gün daha da güclənir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427012092_134:0:2065:1448_1920x0_80_0_0_79c82e0cb00a5e8dbdb4c6ecb4b27dad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, ittiham, kütləvi etiraz aksiyası, prezident
iran, ittiham, kütləvi etiraz aksiyası, prezident
İran lideri kütləvi etirazların təşkilində məsuliyyət daşıyanları açıqlayıb
Xamenei ABŞ və İsraili etiraz aksiyaları hazırlamaqda ittiham edir.
BAKI, 3 oktyabr — Sputnik. İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei respublikada son illərdə baş verən ən kütləvi etiraz aksiyalarından danışaraq, onların təşkilində ABŞ və İsraili günahkar adlandırıb. Onun sözlərini "IRNA" agentliyi sitat gətirir.
"Bu qızın (Məhsa Əmini) ölümü faciəvi hadisə idi. Bu, məni də üzdü", - deyə Xamenei bildirib.
Eyni zamanda o, lazımi araşdırma aparılmadan Quranın, məscidlərin, bankların və özəl avtomobillərin yandırılmasının tamamilə yolverilməz olduğuna diqqət çəkib.
Ruhani liderin sözlərinə görə, bütün bunlar xaricdən təşkil olunub.
"Bu iğtişaşlar və qeyri-sabitlik Amerika, sionist rejim və onların tabeliyində olanlar tərəfindən planlaşdırılıb", - deyə Xamenei qeyd edib.
Xatırladaq ki, sentyabrın 13-də səlahiyyətlilər Əmini adlı gənc qızı hicabını düzgün geyinməməkdə ittiham edərək həbs ediblər. Qızı "izahlı söhbət üçün" məntəqəyə aparıblar. Orada vəziyyəti pisləşən Əmini dərhal xəstəxanaya aparılıb və orada da vəfat edib.
Həyatını itirənin ailəsi və İran müxalifəti hesab edir ki, ölümə səbəb Məhsanın polis bölməsində döyülməsi olub. Eyni zamanda Böyük Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi qızın ölümünü faciəvi hadisə adlandırıb. Etirazlar bir neçə həftədir ki, davam edir və hər gün daha da güclənir.