https://sputnik.az/20221003/opec-toplantisi-erefesinde-neft-keskin-bahalasib-446982894.html
OPEC+ toplantısı ərəfəsində neft kəskin bahalaşıb
OPEC+ toplantısı ərəfəsində neft kəskin bahalaşıb
Sputnik Azərbaycan
Neft bazarında bütün diqqətlər bu həftə keçiriləcək OPEC+ toplantısına yönəlib. Hasilatın kəskin azaldılacağı ilə bağlı qərarın verilməsi gözlənilir. 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T11:45+0400
2022-10-03T11:45+0400
2022-10-03T11:45+0400
opec
neft-qaz
opec +
https://cdnn1.img.sputnik.az/img/42356/05/423560562_0:0:3575:2012_1920x0_80_0_0_e5579432e710422993d83e5e320d20de.jpg
BAKI, 3 oktyabr — Sputnik. Dünyada neftin qiymətləri kəskin bahalaşıb.ABŞ xam nefti və "Brent" nefti 2 dollardan çox və ya 3 faiz bahalaşaraq müvafiq olaraq 81 dolları və 87 dolları keçib.Neft bazarlarında bütün diqqətlər bu həftə keçiriləcək OPEC+ toplantısına yönəlib. Toplantıda hasilatın azaldılmasının gözləntilərdən də çox olacağı məlumatları nefti bahalaşdırır. OPEC+ toplantısı çərşənbə günü Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Mənbələr bildiriblər ki, OPEC+ koalisiyası hasilatı 1 milyon bareldən çox azaltmağı planlaşdırır. Əgər belə bir azalma olsa, bu, pandemiyadan bəri ən böyük azalma olacaq.Qeyd edək ki, ötən həftə Azərbaycan neftinin orta qiyməti 91,14 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,32 dollar və ya 1,43% azdır.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb."Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42356/05/423560562_574:0:3305:2048_1920x0_80_0_0_a42fc379fc48b2b8dde17600c8ce4a64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
opec, opec +
OPEC+ toplantısı ərəfəsində neft kəskin bahalaşıb
Neft bazarında bütün diqqətlər bu həftə keçiriləcək OPEC+ toplantısına yönəlib. Hasilatın kəskin azaldılacağı ilə bağlı qərarın verilməsi gözlənilir.
BAKI, 3 oktyabr — Sputnik. Dünyada neftin qiymətləri kəskin bahalaşıb.
ABŞ xam nefti və "Brent" nefti 2 dollardan çox və ya 3 faiz bahalaşaraq müvafiq olaraq 81 dolları və 87 dolları keçib.
Neft bazarlarında bütün diqqətlər bu həftə keçiriləcək OPEC+ toplantısına yönəlib. Toplantıda hasilatın azaldılmasının gözləntilərdən də çox olacağı məlumatları nefti bahalaşdırır. OPEC+ toplantısı çərşənbə günü Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Mənbələr bildiriblər ki, OPEC+ koalisiyası hasilatı 1 milyon bareldən çox azaltmağı planlaşdırır. Əgər belə bir azalma olsa, bu, pandemiyadan bəri ən böyük azalma olacaq.
Qeyd edək ki, ötən həftə Azərbaycan neftinin orta qiyməti 91,14 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,32 dollar və ya 1,43% azdır.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.