Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi hissənin yaranma günü Laçında qeyd edilib

© AR Ministry of DefenceHərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib
Hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Tədbirdə çıxış edənlər hərbi hissənin yaranma tarixindən, Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar.
BAKI, 3 oktyabr — Sputnik. Oktyabrın 3-də "N" saylı hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
© AR Ministry of DefenceHərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib
Hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər hərbi hissənin yaranma tarixindən, Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar.
Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
© AR Ministry of DefenceHərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib
Hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Hərbi hissənin yaradılmasının 22-ci ildönümü Laçında qeyd edilib
Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində hərbi hissənin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də şəxsi heyətin sosial-məişət şəraiti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradılıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
Xəbər lenti
0