CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısını aldı

© AFP 2024 / LUIS ACOSTANarkotiklərin məhv edilməsi
Narkotiklərin məhv edilməsi - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə 2 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram 660 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür.
BAKI, 3 oktyabr — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti tərəfindən 26 kiloqram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, oktyabr ayının 2-də saat 03:14-də "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmışdır.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə 2 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram 660 qram narkotik vasitəyə (13 kq 90 qram "heroin", 4 kq 570 qram "metamfetamin") bənzər maddə aşkar olunaraq götürülmüşdür.
Oktyabr ayının 2-də saat 11:00 radələrində "Horadiz" sərhəd dəstəsinin Beyləqan rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Aparılmış axtarış tədbirləri nəticəsində kolluq və qamışlıq ərazidə gizlədilmiş 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 340 qram narkotik vasitəyə ("marixuana") bənzər maddə aşkar olunaraq götürülmüşdür.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Xəbər lenti
0