DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Daily Mail": Kral şahzadəyə 700 min funt sterlinq kirayə haqqı ödəyəcək

© AFP 2024 / ADRIAN DENNISIII Çarlz
III Çarlz - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Şahzadə Uilyama atasından miras qalan əmlak siyahısında Qlosterşirdəki Hayqrov malikanəsinin də adı var.
BAKI, 3 oktyabr — Sputnik. Şahzadə Uilyam atasından Hayqrouv Haus malikanəsi üçün illik 700 min funt sterlinq kirayə haqqı alacaq. Bu barədə "Daily Mail" etibarlı mənbələrə istinadən yazır.
Qeyd olunur ki, Şahzadə Uilyama atasından Kornuol Hersoqluğu və bu bölgədə cəmi 345 milyon funt strelinq dəyərində olan daşınmaz əmlak miras qalıb.
Bu siyahıya XVIII əsrdə inşa edilmiş III Çarlzın sevimli malikanəsi olan Qlosterşirdəki Hayqrov malikanəsi daxildir.
Beləliklə, kral artıq uzunmüddətli icarə şərtlərini yerinə yetirmək üçün böyük oğluna yüz minlərlə funt sterlinq ödəməlidir.
Malikanə 1980-ci ildə Hersoqluq tərəfindən satın alınıb. Toydan sonrakı ilk illərdə Şahzadə Diana həyat yoldaşı ilə orada vaxt keçirməyi sevib.
Hersoqluğu miras alaraq, yeni Uels Şahzadəsi 1,2 milyard funt sterlinq dəyərində Böyük Britaniyanın ən böyük şəxsi torpaq sahibinə çevrilib.
Xəbər lenti
0