https://sputnik.az/20221003/ceyhun-bayramov-svecrenin-xarici-isler-uzre-dovlet-katibi-ile-gorusub-447018484.html
Ceyhun Bayramov İsveçrənin xarici işlər üzrə dövlət katibi ilə görüşüb
Ceyhun Bayramov İsveçrənin xarici işlər üzrə dövlət katibi ilə görüşüb
Sputnik Azərbaycan
Azərbaycan XİN rəhbəri qarşı tərəfi Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə... 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T19:05+0400
2022-10-03T19:05+0400
2022-10-03T19:05+0400
siyasət
isveçrə
dövlət katibi
ceyhun bayramov
görüş
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/447018051_0:317:1151:964_1920x0_80_0_0_cc67b6d46a6f847a145308a751bbd1c0.jpg
BAKI, 3 oktyabr - Sputnik. Oktyabrın 3-də Cenevrədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Görüş zamanı Ceyhun Bayramov İsveçrə tərəfinə Ermənistan xarici işlər naziri ilə görüşə ev sahibliyi etdiklərinə görə minnətdarlıq bildirib.Nazir görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib.Bununla yanaşı, normallaşma prosesində mövcud çətinliklər, delimitasiya və kommunikasiya xəttlərinin açılması məsələləri, habelə Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə qarşı tərəf məlumatlandırılıb.Dövlət katibi Livia Leu bölgədə normallaşma prosesinin davam etməsinin, hərbi toqquşmalardan çəkinməyin vacib olduğunu bildirib. İsveçrə tərəfinin neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə daim hazır olduğunu diqqətə çatdırıb.Görüş zamanı, gələcək danışıqların perspektivləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/447018051_0:209:1151:1072_1920x0_80_0_0_f7dc7f5d51c9311427d969a4d16b230c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
isveçrə, dövlət katibi, ceyhun bayramov, görüş, ermənistan, azərbaycan
isveçrə, dövlət katibi, ceyhun bayramov, görüş, ermənistan, azərbaycan
Ceyhun Bayramov İsveçrənin xarici işlər üzrə dövlət katibi ilə görüşüb
Azərbaycan XİN rəhbəri qarşı tərəfi Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə məlumatlandırıb.
BAKI, 3 oktyabr - Sputnik. Oktyabrın 3-də Cenevrədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Ceyhun Bayramov İsveçrə tərəfinə Ermənistan xarici işlər naziri ilə görüşə ev sahibliyi etdiklərinə görə minnətdarlıq bildirib.
Nazir görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib.
Bununla yanaşı, normallaşma prosesində mövcud çətinliklər, delimitasiya və kommunikasiya xəttlərinin açılması məsələləri, habelə Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə qarşı tərəf məlumatlandırılıb.
Dövlət katibi Livia Leu bölgədə normallaşma prosesinin davam etməsinin, hərbi toqquşmalardan çəkinməyin vacib olduğunu bildirib. İsveçrə tərəfinin neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, gələcək danışıqların perspektivləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.