CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kibertəhlükəsizlik sahəsində hüquqi aktlar qəbul ediləcək

© Depositphotos.com / Gorodenkoff Kibertəhlükəsizlik işçisi
Kibertəhlükəsizlik işçisi - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi bildirib ki, ölkənin kibertəhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyimizin prioritet istiqamətlərindəndir.
BAKI, 3 oktyabr — Sputnik. Son illərdə Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində ciddi addımlar atılıb.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, ölkənin kibertəhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyimizin prioritet istiqamətlərindəndir.
"Son 5 ildə bu sahədə iti addımlarla irəliləyirik. Dövlət orqanları bu sahədə özəl sektorla birgə çalışmağa önəm verir. Bu il bu sahə üzrə universitetlərdə ilk tələbələrin buraxılışı olub və bildiyim qədərilə bu ildən kompüter elmləri sahəsinə ən yüksək balla qəbullar olub".
İ.Musayev qeyd edib ki, yaxın zamanlarda iki vacib normativ hüquqi aktın qəbulu gözlənilir:
"Birincisi, Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlıdır. Provayderlərdən lisensiya, əlavə ödəniş tələbi yığışdılır və bu sahədə fəaliyyət sadələşdiriləcək. Xüsusi təhlükəsizlik tələbi müəyyənləşdiriləcək.
İkincisi, Azərbaycan informasiya təhkükəsizliyi və kibertəhlükəsizlik strategiyasının təsdiqlənməsi gözlənilir. Burada kadrların hazırlanması və yaxın illərdə hansı işlərin görüləcəyi öz əksini tapacaq". (APA)
Xəbər lenti
0