https://sputnik.az/20221003/azerbaycan-mekteblerinde-derslik-problemi-var-nazirlik-sebebleri-aciqladi-446985195.html
Azərbaycan məktəblərində dərslik problemi var: Nazirlik səbəbləri açıqladı
Azərbaycan məktəblərində dərslik problemi var: Nazirlik səbəbləri açıqladı
Sputnik Azərbaycan
Oktyabr ayı olmasına baxmayaraq, orta ümumtəhsil müəssisələri hələ də dərsliklərlə tam təmin olunmayıb. Bu problem müəllim və şagirdləri çətin vəziyyətdə... 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T12:15+0400
2022-10-03T12:15+0400
2022-10-03T12:15+0400
dərslik
təhsil
elm və təhsil nazirliyi
kamran əsədov
https://cdnn1.img.sputnik.az/img/42165/51/421655162_0:213:2048:1365_1920x0_80_0_0_c9a9995dfb95ddd4f12279620e559415.jpg
BAKI, 3 oktyabr — Sputnik. Yeni tədris ili sentyabrın 15-dən başlasa da, hələ də təhsil müəssisələrinin əksəriyyətində şagirdlərə dərsliklər paylanılmayıb. Sosial platformada valideynlər əksər dərslikləri pdf-dən çap edərək övladlarına verdiklərini bildirirlər.Bakının 48 saylı məktəbində 3-cü sinif üzrə şagirdlərə Azərbaycan dili, Riyaziyyat və İngilis dili dərslikləri yeni nəşrdə verilsə də, digər dərsliklər köhnə nəşrdə verilib. Lakin köhnə nəşrlər yeni dərs proqramına uyğun gəlmədiyindən, müəllimlər valideynlərə həmin dərsliklərin PDF variantından istifadə etməyi tövsiyə edib. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, onlar dərslikləri PDF-dən çap edərək övladlarına vermək məcburiyyətində qalıblar.Qala qəsəbəsində 92 saylı orta məktəbin 7-ci sinif şagirdləri kitablarla təmin olunmayıb. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlərə dərslər başlanandan kitabların gətiriləcəyi bildirilsə də, kitablar məktəbə hələ də gəlib çatmayıb.92 saylı orta məktəbin direktoru Azər Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 7-10-cu siniflərə 7 adda kitab hələ ki paylanılmayıb. Məktəb direktoru dərsliklərin gecikməsini təzə nəşrlərin hələ çap olunmaması ilə izah edib. Həsənovun sözlərinə görə, həmin siniflər üzrə köhnə dərsliklər var. Amma həmin dərsliklər yeni dərs proqramına uyğun gəlmir. Məktəb yaxın günlərdə yeni dərslikləri alacağına ümid edir.Oktyabr ayı olmasına baxmayaraq ümumtəhsil müəssisələrinin hələ də yeni dərsliklərlə tam təmin olunmaması müəllimləri də çətin vəziyyətdə qoyub. Adının çəkilməsini istəməyən ibtidai sinif müəllimi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərin tam paylanılmaması onların işini xüsusilə çətinləşdirib. Bəzi siniflər üzrə köhnə dərsliklər paylanılıb. Həmin dərsliklər isə proqrama uyğun gəlmədiyindən, onlar yeni dərslikləri PDF-dən çap edərək şagirdlərə dərs keçirlər.Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, orta məktəblərin dərsliklərlə təminatında problemlər var: "Dərslərin sentyabrın 15-dən başlanılmasına baxmayaraq, hələ də şagirdlərə yeni kitablar verilməyib. Şagirdlər kitabsız məktəbə gedib-gəlirlər. Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap edir, imkanı olmayanlar isə bundan məhrumdurlar".Ekspert buna görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini günahlandırır. Deyir ki, dərsliklərin çap edilərək məktəblərə paylanılması Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Nazirlik isə sentyabrın 15-dək bütün məktəbləri dərsliklə təmin etməli idi. Lakin Nazirlik bu işi ləngidib. Bu da nəticədə şagirdlərin keyfiyyətli təhsil almasına mənfi təsir göstərir.Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır.Nazirlik dərsliklərin çapının hansı səbəbdən gecikməsi ilə bağlı sualımızı cavabsız qoyub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42165/51/421655162_129:0:1949:1365_1920x0_80_0_0_9f2620a071e094cd190464c9a0fc4d87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dərslik, elm və təhsil nazirliyi, kamran əsədov
dərslik, elm və təhsil nazirliyi, kamran əsədov
Azərbaycan məktəblərində dərslik problemi var: Nazirlik səbəbləri açıqladı
Oktyabr ayı olmasına baxmayaraq, orta ümumtəhsil müəssisələri hələ də dərsliklərlə tam təmin olunmayıb. Bu problem müəllim və şagirdləri çətin vəziyyətdə qoyub.
BAKI, 3 oktyabr — Sputnik. Yeni tədris ili sentyabrın 15-dən başlasa da, hələ də təhsil müəssisələrinin əksəriyyətində şagirdlərə dərsliklər paylanılmayıb. Sosial platformada valideynlər əksər dərslikləri pdf-dən çap edərək övladlarına verdiklərini bildirirlər.
Bakının 48 saylı məktəbində 3-cü sinif üzrə şagirdlərə Azərbaycan dili, Riyaziyyat və İngilis dili dərslikləri yeni nəşrdə verilsə də, digər dərsliklər köhnə nəşrdə verilib. Lakin köhnə nəşrlər yeni dərs proqramına uyğun gəlmədiyindən, müəllimlər valideynlərə həmin dərsliklərin PDF variantından istifadə etməyi tövsiyə edib. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, onlar dərslikləri PDF-dən çap edərək övladlarına vermək məcburiyyətində qalıblar.
Qala qəsəbəsində 92 saylı orta məktəbin 7-ci sinif şagirdləri kitablarla təmin olunmayıb. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlərə dərslər başlanandan kitabların gətiriləcəyi bildirilsə də, kitablar məktəbə hələ də gəlib çatmayıb.
92 saylı orta məktəbin direktoru Azər Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 7-10-cu siniflərə 7 adda kitab hələ ki paylanılmayıb. Məktəb direktoru dərsliklərin gecikməsini təzə nəşrlərin hələ çap olunmaması ilə izah edib. Həsənovun sözlərinə görə, həmin siniflər üzrə köhnə dərsliklər var. Amma həmin dərsliklər yeni dərs proqramına uyğun gəlmir. Məktəb yaxın günlərdə yeni dərslikləri alacağına ümid edir.
Oktyabr ayı olmasına baxmayaraq ümumtəhsil müəssisələrinin hələ də yeni dərsliklərlə tam təmin olunmaması müəllimləri də çətin vəziyyətdə qoyub. Adının çəkilməsini istəməyən ibtidai sinif müəllimi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərin tam paylanılmaması onların işini xüsusilə çətinləşdirib. Bəzi siniflər üzrə köhnə dərsliklər paylanılıb. Həmin dərsliklər isə proqrama uyğun gəlmədiyindən, onlar yeni dərslikləri PDF-dən çap edərək şagirdlərə dərs keçirlər.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, orta məktəblərin dərsliklərlə təminatında problemlər var: "Dərslərin sentyabrın 15-dən başlanılmasına baxmayaraq, hələ də şagirdlərə yeni kitablar verilməyib. Şagirdlər kitabsız məktəbə gedib-gəlirlər. Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap edir, imkanı olmayanlar isə bundan məhrumdurlar".
Ekspert buna görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini günahlandırır. Deyir ki, dərsliklərin çap edilərək məktəblərə paylanılması Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Nazirlik isə sentyabrın 15-dək bütün məktəbləri dərsliklə təmin etməli idi. Lakin Nazirlik bu işi ləngidib. Bu da nəticədə şagirdlərin keyfiyyətli təhsil almasına mənfi təsir göstərir.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır.
Nazirlik dərsliklərin çapının hansı səbəbdən gecikməsi ilə bağlı sualımızı cavabsız qoyub.