https://sputnik.az/20221003/azerbaycan-malyariyadan-azad-olke-kimi-sertifikatlasdirilacaq-447002758.html
Azərbaycan "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırılacaq
Azərbaycan "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırılacaq
Sputnik Azərbaycan
Səhiyyə naziri Teymur Musayev bildirib ki, malyariya ilə mübarizədə uğur həm də Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər... 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T22:05+0400
2022-10-03T22:05+0400
2022-10-03T22:05+0400
malyariya
səhiyyə
azərbaycan
sertifikat
https://cdnn1.img.sputnik.az/img/41116/40/411164046_0:101:4929:2873_1920x0_80_0_0_a8ff87664823133b7c52e96e84fe3f6a.jpg
BAKI, 3 oktyabr — Sputnik. Səhiyyə Nazirliyində oktyabrın 3-dən 14-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müstəqil Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Malyariyaya yerli yoluxmanın kəsilməsininin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin daxil olduğu nümayəndələrlə görüşdə həmçinin ÜST-ün Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı da iştirak edib.Nazirlikdən verilən xəbərə görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir.Nazir çıxışında ölkəmizdə malyariya xəstəliyinin qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində aparılan işləri diqqətə çatdırıb:"Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu səylər nəticəsində Azərbaycanda 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb".Teymur Musayev ölkəmizdə ötən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsi, 1 milyondan çox qaçqın və məcburi köçkün, əhali arasında xaotik miqrasiyanın nəticəsində malyariya xəstəliyi geniş miqyasda yayılaraq ölkə ərazisinin 80 faizini əhatə etdiyini xatırladıb:Nazir Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılmasına milli səhiyyə sisteminin gücləndirilməsi, Səhiyyə Nazirliyinin bütün strukturlarının respublikanın digər nazirlikləri, idarə və təşkilatları ilə birgə koordinasiyalı fəaliyyəti nəticəsində nail olunduğunu vurğulayıb:"Malyariya ilə mübarizədə uğur həm də Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub".Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən ÜST-ün Qiymətləndirmə Missiyasının üzvü Keyt Karter Azərbaycanın regionda malyariya xəstəliyinin aradan qaldırılmasına və malyariyadan azad ölkə statusunun qorunub saxlanmasına əvəzsiz töhfəsini qeyd edib.Bildirilib ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusa rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində 2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-ün sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub.Bundan əlavə, cari ilin iyun ayında Səhiyyə Nazirliyi "Azərbaycan Respublikasında malyariyaya qarşı mübarizə üzrə Milli Hesabat"ı tələb olunan sənədlər paketi ilə birlikdə ÜST-ün Malyariyaya Nəzarət üzrə Qlobal Proqramına təqdim edib.Qiymətləndirmə Missiyasının malyariyaya nəzarət sisteminin ayrı-ayrı komponentləri ilə iki həftəlik işinin nəticəsi olaraq və ölkədə görülən işlərin nəticələrinə əsasən, ÜST tərəfindən Azərbaycanı "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırması gözlənilir.Xatıradaq ki, ölkəmiz malyariya xəstəliyinə görə eliminasiyaya nail olub. Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41116/40/411164046_168:0:4541:3280_1920x0_80_0_0_662e32540979c745ca9c7812184c8a6b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
malyariya, azərbaycan, sertifikat
malyariya, azərbaycan, sertifikat
Azərbaycan "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırılacaq
Səhiyyə naziri Teymur Musayev bildirib ki, malyariya ilə mübarizədə uğur həm də Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub.
BAKI, 3 oktyabr — Sputnik. Səhiyyə Nazirliyində oktyabrın 3-dən 14-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müstəqil Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Malyariyaya yerli yoluxmanın kəsilməsininin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin daxil olduğu nümayəndələrlə görüşdə həmçinin ÜST-ün Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı da iştirak edib.
Nazirlikdən verilən xəbərə görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir.
Nazir çıxışında ölkəmizdə malyariya xəstəliyinin qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində aparılan işləri diqqətə çatdırıb:
"Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu səylər nəticəsində Azərbaycanda 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb".
Teymur Musayev ölkəmizdə ötən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsi, 1 milyondan çox qaçqın və məcburi köçkün, əhali arasında xaotik miqrasiyanın nəticəsində malyariya xəstəliyi geniş miqyasda yayılaraq ölkə ərazisinin 80 faizini əhatə etdiyini xatırladıb:
"Epidemioloji vəziyyətlə əlaqədar ÜST-ün tövsiyələrinə müvafiq olaraq Milli Proqram hazırlanıb və həmin proqramın uğurla həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alındığı üçün xəstələnmə səviyyəsi ilbəil azalmağa başlayıb".
Nazir Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılmasına milli səhiyyə sisteminin gücləndirilməsi, Səhiyyə Nazirliyinin bütün strukturlarının respublikanın digər nazirlikləri, idarə və təşkilatları ilə birgə koordinasiyalı fəaliyyəti nəticəsində nail olunduğunu vurğulayıb:
"Malyariya ilə mübarizədə uğur həm də Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub".
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən ÜST-ün Qiymətləndirmə Missiyasının üzvü Keyt Karter Azərbaycanın regionda malyariya xəstəliyinin aradan qaldırılmasına və malyariyadan azad ölkə statusunun qorunub saxlanmasına əvəzsiz töhfəsini qeyd edib.
Bildirilib ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusa rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində 2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-ün sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub.
Bundan əlavə, cari ilin iyun ayında Səhiyyə Nazirliyi "Azərbaycan Respublikasında malyariyaya qarşı mübarizə üzrə Milli Hesabat"ı tələb olunan sənədlər paketi ilə birlikdə ÜST-ün Malyariyaya Nəzarət üzrə Qlobal Proqramına təqdim edib.
Qiymətləndirmə Missiyasının malyariyaya nəzarət sisteminin ayrı-ayrı komponentləri ilə iki həftəlik işinin nəticəsi olaraq və ölkədə görülən işlərin nəticələrinə əsasən, ÜST tərəfindən Azərbaycanı "malyariyadan azad" ölkə kimi sertifikatlaşdırması gözlənilir.
Xatıradaq ki, ölkəmiz malyariya xəstəliyinə görə eliminasiyaya nail olub. Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb.