Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa bütün Rusiya qazını itirəcəkmi? - Bəs “Türk axını”?

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimində
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimində - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
“Türk axını” operatorunun Rusiya qazının Avropaya nəqlində lisenziyasının ləğvi hansı çətinliklərə səbəb olacaq və Rusiya Federasiyasının cavab tədbirləri necə olacaq?
BAKI, 3 oktyabr - Sputnik.“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində törədilən təxribatdan sonra növbə Rusiya qazını Türkiyə və Qara dəniz vasitəsilə Avropaya çatdırmaq üçün nəzərdə tutulan “Türk axını”nda təxribatlara çatdı.
Cümə axşamı "Türk axını" qaz kəmərinin operatoru South Stream Transport B.V. AB-nin yeni sanksiyaları səbəbindən şirkətin ixrac lisenziyasının vaxtından əvvəl ləğv edildiyini açıqladı.
Buna cavab olaraq əməliyyat şirkəti lisenziyanın uzadılması üçün ərizə verib. Bu qərarı şərh edən Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropanın yeni sanksiyalarına görə ixrac lisenziyasının geri götürülməsi onun işinə təsir etmir, qaz həmişəki kimi nəql olunur.
© dunyabulteniTürk axını layihəsi
Türk axını layihəsi - Sputnik Azərbaycan, 1920, 02.10.2022
Türk axını layihəsi
Xatırladaq ki, “Türk axını” ixrac qaz kəməri iki xəttdən ibarətdir, bunlardan biri türk istehlakçılarını, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub. “Türk axını”nın ümumi tutumu 31,5 milyard kubmetrdir, onun istismarı 2020-ci ilin yanvar ayında başlayıb.
İnfrastruktura xidmət göztərilməsində çətinliklər
Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkovun fikrincə, ixrac lisenziyasının geri götürülməsi “Türk axını” ilə qaz nəqlini dayandırmayacaq. Onun fikrincə, problem ondadır ki, indi “Türk axını” operatoru üçün qaz kəməri infrastrukturunun saxlanılması üçün avadanlıq almaq və ya xidmət göstərmək çətin olacaq və ya qadağan olunacaq.

“Tranzitin özü Avropa sanksiyaları ilə qadağan olunmur, ona görə də burada söhbət daha çox xidmətdən gedir. Eyni zamanda, “Qazprom” bəyan edib ki, ümumilikdə Rusiya texnikasının köməyi ilə “Türk axını”na xidmət edə və saxlaya bilər və heç bir total çətinlik yoxdur. Belə ki, qaz kompressor stansiyalarında Rusiyanın “Ladoga” turbinləri quraşdırılıb və “Qazprom”un fikrincə, burada heç bir problem olmamalıdır", - deyə Yuşkov Sputnik Azərbaycan-a bildirib.

© Sputnik / Nina Zotina / Mediabanka keçidMilli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov
Ведущий эксперт Фонда национальной энергетической безопасности, преподаватель Финансового университета при Правительстве РФ Игорь Юшков - Sputnik Azərbaycan, 1920, 02.10.2022
Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov
Ona görə də ekspert hesab edir ki, qaz tədarükü dayanmayacaq, eyni zamanda avropalılar hazırkı qaz münaqişəsində tarifləri artırmağa çalışırlar. Eyni zamanda, sonuncu ona görədir ki, Rusiyadan tədarük olunan qazın həcmi o qədər kiçikdir ki, Aİ xüsusilə Şimali, Şimal-Qərb və Qərbi Avropa ölkələrində “qalıqlarını” itirməkdən qorxmur.
"Ümumiyyətlə, bunlar "Türk axını" ilə qaz almayan ölkələrdir. Məhz bu ölkələr kifayət qədər aktiv və asanlıqla bəzi əlavə sanksiyalar tətbiq edirlər", deyə Yuşkov qeyd edib.
Avropa hələ də Rusiya qazına maraq göstərir Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi Stanislav Mitraxoviç hesab edir ki, lisenziyanın ləğvi Qərbin Rusiyaya, o cümlədən enerji sektoruna ümumi təzyiqinin bir hissəsidir, lakin “Türk axını” bu lisenziya olmadan fəaliyyət göstərə bilər.

“Bundan başqa, Avropa ölkələri hələ də Rusiya qazına maraq göstərir. Türk axını ilə Türkiyə ərazisindən və Qara dənizdən keçir, sonra Balkan axınına çevrilərək Yunanıstan, Serbiya, Macarıstana daxil olur. Bolqarıstan rəsmi olaraq Rusiya qazını almır, çünki ölkə sxemə görə rublla ödəniş etməkdən imtina edib, lakin Bolqarıstan de-fakto Rusiya qazını hələ də qonşuları vasitəsilə alır", - deyə Mitraxoviç Sputnik Azərbaycan-a bildirib.

© Photo : Новые ИзвестияMilli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti Stanislav Mitraxoviç
Ведущий эксперт Фонда Национальной энергетической безопасности Станислав Митрахович - Sputnik Azərbaycan, 1920, 02.10.2022
Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti Stanislav Mitraxoviç
Ona görə də ekspert qeyd edib ki, indi Avropa üçün “Türk axını” ilə nəqli dayandırmaq sərfəli deyil.
“Mənə elə gəlir ki, bu dəfə Rusiya “Şimal axını”nda təxribata cavab olaraq Ukrayna ərazisindən qaz tranzitini dayandıra bilər – bu qərar hazırlanır və yaxın gələcəkdə bu, böyük ehtimalla həyata keçiriləcək”, - deyə ekspert əlavə edib.
Xəbər lenti
0