https://sputnik.az/20221002/ndoneziyada-futbol-qurbanlarinin-sayi-artdi---prezident-tapsiriq-verdi-446962955.html
İndoneziyada futbol qurbanlarının sayı artdı - prezident tapşırıq verdi
İndoneziyada futbol qurbanlarının sayı artdı - prezident tapşırıq verdi
Sputnik Azərbaycan
Faciə bazar günü “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan (2:3) sonra baş verib. 02.10.2022, Sputnik Azərbaycan
2022-10-02T12:24+0400
2022-10-02T12:24+0400
2022-10-02T12:24+0400
dünya xəbərləri
indoneziya
futbol
iğtişaş
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/02/446959404_0:160:3073:1889_1920x0_80_0_0_4eb95d5cb18e7c6413b13b32b5f83dbf.jpg
BAKI, 2 oktyabr - Sputnik. İndoneziyanın Malanq şəhərindəki stadionda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 174 nəfərə çatıb. Bu barədə Şərqi Yava əyalətinin vitse-qubernatoru Emilya Dardak məlumat verib.Faciə bazar günü “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan (2:3) sonra baş verib. Uduzan klubun azarkeşləri stadiona qaçıblar. Polis əməkdaşları onları sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib, nətiədə çaxnaşma və izdiham yaradıb. İnsanlarda gözyaşardıcı qaz səbəbindən tənəffüs problemi yaranıb. Dardak 100-dən çox yaralının xəstəxanalarda olduğunu, onlardan 11-nin vəziyyətinin ağır olduğunu qeyd edib. Daha əvvəl 127 qurbanın olduğu bildirilirdi.İndoneziya Futbol Federasiyasının baş katibi Yunus Nusi keçirdiyi mətbuat konfransında Beynəlxalq Futbol Federasiyasının (FİFA) faciə ilə bağlı hesabat tələb etdiyini bildirib."FİFA hesabat tələb etdi. Sanksiyaya düşməmək üçün FİFA ilə əlaqə saxlayacağıq", - deyə Yunus Nusi bildirib.İndoneziya Prezidenti Coko Vidodo faciə ilə bağlı dərin hüznlə başsağlığı verib. O, polis rəisinə və İndoneziya Futbol Federasiyasının sədrinə hərtərəfli araşdırma aparmağı tapşırıb. Dövlət başçısı həmçinin istintaq başa çatana qədər İndoneziya futbol çempionatını müvəqqəti dayandırmağı tapşırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/02/446959404_171:0:2902:2048_1920x0_80_0_0_66509312258e3dc7c9b1b1f5971d0137.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
indoneziya, futbol, iğtişaş
indoneziya, futbol, iğtişaş
İndoneziyada futbol qurbanlarının sayı artdı - prezident tapşırıq verdi
Faciə bazar günü “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan (2:3) sonra baş verib.
BAKI, 2 oktyabr - Sputnik. İndoneziyanın Malanq şəhərindəki stadionda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 174 nəfərə çatıb. Bu barədə Şərqi Yava əyalətinin vitse-qubernatoru Emilya Dardak məlumat verib.
Faciə bazar günü “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan (2:3) sonra baş verib. Uduzan klubun azarkeşləri stadiona qaçıblar. Polis əməkdaşları onları sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib, nətiədə çaxnaşma və izdiham yaradıb. İnsanlarda gözyaşardıcı qaz səbəbindən tənəffüs problemi yaranıb. Dardak 100-dən çox yaralının xəstəxanalarda olduğunu, onlardan 11-nin vəziyyətinin ağır olduğunu qeyd edib. Daha əvvəl 127 qurbanın olduğu bildirilirdi.
İndoneziya Futbol Federasiyasının baş katibi Yunus Nusi keçirdiyi mətbuat konfransında Beynəlxalq Futbol Federasiyasının (FİFA) faciə ilə bağlı hesabat tələb etdiyini bildirib.
"FİFA hesabat tələb etdi. Sanksiyaya düşməmək üçün FİFA ilə əlaqə saxlayacağıq", - deyə Yunus Nusi bildirib.
İndoneziya Prezidenti Coko Vidodo faciə ilə bağlı dərin hüznlə başsağlığı verib. O, polis rəisinə və İndoneziya Futbol Federasiyasının sədrinə hərtərəfli araşdırma aparmağı tapşırıb. Dövlət başçısı həmçinin istintaq başa çatana qədər İndoneziya futbol çempionatını müvəqqəti dayandırmağı tapşırıb.