https://sputnik.az/20221002/enerji-ickilerinin-uzerine-saglamliq-ucun-zererlidir-yazilmalidir---teklif-var-446955807.html
Enerji içkilərinin üzərinə "sağlamlıq üçün zərərlidir" yazılmalıdır - Təklif var
Enerji içkilərinin üzərinə "sağlamlıq üçün zərərlidir" yazılmalıdır - Təklif var
Sputnik Azərbaycan
Mütəxəssislər deyir ki, hamilə qadınlar, südverən analar, ürək-damar xəstəliyi və böyrək çatışmazlığı olanlar enerji içkilərindən uzaq olmalıdırlar 02.10.2022, Sputnik Azərbaycan
2022-10-02T08:49+0400
2022-10-02T08:49+0400
2022-10-02T08:49+0400
enerji içkiləri
cəmiyyət
qanunvericilik
https://cdnn1.img.sputnik.az/img/42279/82/422798279_0:201:2925:1846_1920x0_80_0_0_352228a112f0b89084a4b85a78a65a7d.jpg
BAKI, 2 oktyabr — Sputnik. Enerji içkilərinin tərkibi kofein və şəkərlə zəngin olur. Bundan başqa, bu içkilərin tərkibində L-karnitin, taurin olur. Daxildə olan potensialı artırıb daha çox iş görmək imkanları yaratsa da, fəsadları da çoxdur. Məsələn, bu içki ilə müqayisədə çay və kofenin tərkibindəki kofein daha zəifdir. Hansı ki, bu da sinir sistemində böyük problemlərə səbəb ola bilər. Həmçinin ürək də də ciddi problemlərə səbəb ola bilər.Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Gömrük Hospitalının həkim-kardioloqu Emin Hacıbalayev deyib. O bildirib ki, enerji içkiləri həmçinin aritmiyaların yaranmasına da səbəb ola bilər: "Bundan başqa, enerji içkilərinin həddindən artıq içilməsi ürəyin böyüməsinə, ürək çatışmazlığının yaranmasına səbəb ola bilər. Bundan başqa, infarkta da səbəb ola bilər".Həkim bildirir ki, şəkərlə zəngin olduğu üçün bu içkilərin çox içilməsi diabet riski də yaradır: "Bundna başqa, belə içkilərin mədə və qaraciyər üçün də fəsadlar çoxdur. Mədədə qastirit yarana bilər. Bu içkiləri daimi içməməyi tövsiyə edirəm".Kimlər bu içkilərdən imtina etməlidir?Həkim deyir ki, müəyyən xəstəlikləri olanlarla yanaşı yaşlılar, uşaqlar, hamilələr bu içkilərdən imtina etməlidir.Gənclərin Töhfəsi İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədr müavin Asim Vəliyev bildirir ki, satışa çıxarılan bəzi yeni enerji içkiləri xaşxaş toxumunu, yaxud da efedrini ehtiva edir: "Bu içkilərin tərkibində olan taurin orqanizmdə təbii şəkildə olan amin turşusudur. Amin turşuları zülal istehsalına dəstək olur. Həmçinin orqanizmi zərərli maddələrdən, toksinlərdən təmizləyir. Stress zamanı və ağır fiziki aktivlik zamanı orqanizmdə az miqdarda taurin itkisi baş verir. Çox insan enerji içkilərini orqanizmdə taurin səviyyəsini bərpa etmək üçün içir"."Kofein isə mərkəzi sinir sisteminə təsir edir, beyinə daxil olan və xaric olan informasiyaları sürətləndirir, beləliklə həmin adam oyanıq və aktiv qalır. Bu həm də asılılıq yaradan bir maddədir", - deyə o əlavə edib.O bildirir ki, enerji içkisinin tərkbindəki qlukuronolakton da orqanizmdə təbii şəkildə mövcuddur: "Bu orqanizmdən zərərli maddələri xaric etməyə kömək edir və enerji verir".Ziyanları nədir və kimlər bu içkilərdən imtina etməldir?A.Vəliyev deyir ki, həddindən çox enerji içkisi ölümə də səbəb olub: "Enerji içkisi qəbul edən uşaq və gənclərdə yuxusuzluq, altını islatma kimi problemlər ortaya çıxır. Gündə iki və daha artıq enerji içkisi qəbul edən uşaqlar əsəbi, narahat və gərgin olur. Enerji içkilərində kofedən və kolalı içkilərdən daha çox kofein mövcuddur"."Bir çox enerji içkilərində hər 250 ml üçün 5 çay qaşıqı miqdarında şəkər olur. Ümumiyyətlə, enerji içkilərinin qida dəyəri yoxdur. Bəzi enerji içkilərində təbii vitamin və minerallar olduğu iddia edilir. Əslində isə vitamin və minerallar təbii meyvə və tərəvəzlərdə daha çoxdur", - deyə o əlavə edib.Həmsöhbətimiz bildirir ki, enerji içkilərinini tərkibindəki kofein beyinin inkişafına mənfi təsir edir: "Enerji içkisi çox qəbul edən insanlarda kofein zəhərlənməsi də baş verə bilər"."Hamilə qadınlar, südverən analar, ürək-damar xəstəliyi və böyrək çatışmazlığı olanlar enerji içkilərindən uzaq olmalıdırlar. Bundan başqa, qeyd edim ki, enerji içkisini spirtli içkilərlə birlikdə qəbul etmək də ciddi problemlərə səbəb ola bilər. Belə oan halda hətta infarkt da baş verə bilər. İstənilən halda enerji içkisi qəbul etməməyi tövsiyə edirəm. Bunun əvəzinə su, təbii mövsümi meyvə şirələri, ayran, kefir qəbul etmək daha faydalıdır", - deyə o əlavə edib.Mütəxəssis bildirir ki, təəssüf ki, enerji içkilərinin fəsadları barədə ciddi araşdırmalar aparılmır.Təklif nədir?A.Vəliyev təklif edir ki, qanunvericilikdə dəyişiklik edilərək enerji içkilərinin də üzərinə "sağlamlıq üçün zərərlidir" ifadəsi yazılsın: "Bundan başqa, İstər enerji içkiləri, istərsə enerji içkiləri adı ilə satılan qazlı və rəngli bütün içkilərin zərərli olduğuna dair orta məktəblərdə, KİV-lərdə təbliğat işi gücləndirilməlidir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/82/422798279_96:0:2827:2048_1920x0_80_0_0_b3111207d7093bb0070948a46511d315.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
enerji içkiləri, qanunvericilik
enerji içkiləri, qanunvericilik
Enerji içkilərinin üzərinə "sağlamlıq üçün zərərlidir" yazılmalıdır - Təklif var
Mütəxəssislər deyir ki, hamilə qadınlar, südverən analar, ürək-damar xəstəliyi və böyrək çatışmazlığı olanlar enerji içkilərindən uzaq olmalıdırlar
BAKI, 2 oktyabr — Sputnik. Enerji içkilərinin tərkibi kofein və şəkərlə zəngin olur. Bundan başqa, bu içkilərin tərkibində L-karnitin, taurin olur. Daxildə olan potensialı artırıb daha çox iş görmək imkanları yaratsa da, fəsadları da çoxdur. Məsələn, bu içki ilə müqayisədə çay və kofenin tərkibindəki kofein daha zəifdir. Hansı ki, bu da sinir sistemində böyük problemlərə səbəb ola bilər. Həmçinin ürək də də ciddi problemlərə səbəb ola bilər.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Gömrük Hospitalının həkim-kardioloqu Emin Hacıbalayev deyib. O bildirib ki, enerji içkiləri həmçinin aritmiyaların yaranmasına da səbəb ola bilər: "Bundan başqa, enerji içkilərinin həddindən artıq içilməsi ürəyin böyüməsinə, ürək çatışmazlığının yaranmasına səbəb ola bilər. Bundan başqa, infarkta da səbəb ola bilər".
Həkim bildirir ki, şəkərlə zəngin olduğu üçün bu içkilərin çox içilməsi diabet riski də yaradır: "Bundna başqa, belə içkilərin mədə və qaraciyər üçün də fəsadlar çoxdur. Mədədə qastirit yarana bilər. Bu içkiləri daimi içməməyi tövsiyə edirəm".
Kimlər bu içkilərdən imtina etməlidir?
Həkim deyir ki, müəyyən xəstəlikləri olanlarla yanaşı yaşlılar, uşaqlar, hamilələr bu içkilərdən imtina etməlidir.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədr müavin Asim Vəliyev bildirir ki, satışa çıxarılan bəzi yeni enerji içkiləri xaşxaş toxumunu, yaxud da efedrini ehtiva edir: "Bu içkilərin tərkibində olan taurin orqanizmdə təbii şəkildə olan amin turşusudur. Amin turşuları zülal istehsalına dəstək olur. Həmçinin orqanizmi zərərli maddələrdən, toksinlərdən təmizləyir. Stress zamanı və ağır fiziki aktivlik zamanı orqanizmdə az miqdarda taurin itkisi baş verir. Çox insan enerji içkilərini orqanizmdə taurin səviyyəsini bərpa etmək üçün içir".
"Kofein isə mərkəzi sinir sisteminə təsir edir, beyinə daxil olan və xaric olan informasiyaları sürətləndirir, beləliklə həmin adam oyanıq və aktiv qalır. Bu həm də asılılıq yaradan bir maddədir", - deyə o əlavə edib.
O bildirir ki, enerji içkisinin tərkbindəki qlukuronolakton da orqanizmdə təbii şəkildə mövcuddur: "Bu orqanizmdən zərərli maddələri xaric etməyə kömək edir və enerji verir".
Ziyanları nədir və kimlər bu içkilərdən imtina etməldir?
A.Vəliyev deyir ki, həddindən çox enerji içkisi ölümə də səbəb olub: "Enerji içkisi qəbul edən uşaq və gənclərdə yuxusuzluq, altını islatma kimi problemlər ortaya çıxır. Gündə iki və daha artıq enerji içkisi qəbul edən uşaqlar əsəbi, narahat və gərgin olur. Enerji içkilərində kofedən və kolalı içkilərdən daha çox kofein mövcuddur".
"Bir çox enerji içkilərində hər 250 ml üçün 5 çay qaşıqı miqdarında şəkər olur. Ümumiyyətlə, enerji içkilərinin qida dəyəri yoxdur. Bəzi enerji içkilərində təbii vitamin və minerallar olduğu iddia edilir. Əslində isə vitamin və minerallar təbii meyvə və tərəvəzlərdə daha çoxdur", - deyə o əlavə edib.
Həmsöhbətimiz bildirir ki, enerji içkilərinini tərkibindəki kofein beyinin inkişafına mənfi təsir edir: "Enerji içkisi çox qəbul edən insanlarda kofein zəhərlənməsi də baş verə bilər".
"Hamilə qadınlar, südverən analar, ürək-damar xəstəliyi və böyrək çatışmazlığı olanlar enerji içkilərindən uzaq olmalıdırlar. Bundan başqa, qeyd edim ki, enerji içkisini spirtli içkilərlə birlikdə qəbul etmək də ciddi problemlərə səbəb ola bilər. Belə oan halda hətta infarkt da baş verə bilər. İstənilən halda enerji içkisi qəbul etməməyi tövsiyə edirəm. Bunun əvəzinə su, təbii mövsümi meyvə şirələri, ayran, kefir qəbul etmək daha faydalıdır", - deyə o əlavə edib.
Mütəxəssis bildirir ki, təəssüf ki, enerji içkilərinin fəsadları barədə ciddi araşdırmalar aparılmır.
A.Vəliyev təklif edir ki, qanunvericilikdə dəyişiklik edilərək enerji içkilərinin də üzərinə "sağlamlıq üçün zərərlidir" ifadəsi yazılsın: "Bundan başqa, İstər enerji içkiləri, istərsə enerji içkiləri adı ilə satılan qazlı və rəngli bütün içkilərin zərərli olduğuna dair orta məktəblərdə, KİV-lərdə təbliğat işi gücləndirilməlidir".