CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndş cəmiyyəti mina təhlükəsi ilə bağlı bəyanat yaydı

© AR Ministry of DefenceErmənilərin basdırdığı, lakin zərərsizləşdirilmiş minalar, arxiv şəkli
Ermənilərin basdırdığı, lakin zərərsizləşdirilmiş minalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.10.2022
Abunə olmaq
Sənəddə dünya ictimaiyyətinin Ermənistanın qanunsuz yollarla Azərbaycan ərazilərini yenidən minalanmasına göz yumması və susqunluq nümayiş etdirməsi pislənir.
BAKI, 2 oktyabr - Sputnik. Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramında çalışan Qeyri-Hökumət Təşkilatları beynəlxalq təşkilatlara son günlər ölkəmizdə baş verən mina hadisələri ilə bağlı bəyanat ünvanlayıb. Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib. Bəyanatda deyilir:
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməlləri hələ də davam edir. Son günlər Füzuli, Tərtər və Xocavənd rayonlarında 2 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən mina insidentlərinin baş verməsi də bu əməllərin davamıdır.
Biz vətəndaş cəmiyyəti qurumları olaraq son günlər baş verən və mülki vətəndaşlarımızın dünyasını dəyişmələri ilə nəticələnən mina hadisələrindən dolayı böyük narahatçılıq hissi keçiririk. Düşünürük ki, əgər Azərbaycanın bəşəri mina probleminə dünya ictimaiyyəti ciddi yanaşmazsa, beynəlxalq səviyyədə buna hüquqi qiymət verilməzsə, hər ötən gün insanlığa qarşı yönəlmiş bu cinayət daha da dərinləşəcək və daha çox insanın həyatına son qoyacaq. Çox təəssüf ki, baş verən mina hadisələri bu problemin təhlükəsinin ciddiyətini və tərəfimizdən edilən çoxsaylı çağırışların, verilən mesajların və bəyanatların əhəmiyyətini bir daha təsdiq edir.
© AR Ministry of DefenceVətənMüharibəsi nəticəsində azad edilmiş ərazilərdə mühəndislik işləri
Инженерные работы на территориях, освобожденных в результате Отечественной войны - Sputnik Azərbaycan, 1920, 02.10.2022
VətənMüharibəsi nəticəsində azad edilmiş ərazilərdə mühəndislik işləri
Hazırda erməni təxribatçıları işğaldan azad edilmiş ərazilərimizə gizlin yollarla daxil olur və həmin sahələri minalayırlar. Sentyabrın 12-13 tarixlərində Azərbaycan – Ermənistan sərhəddində baş verən döyüşlərin səbəblərindən biri də bu təxribatla bağlıdır. Yeri gəlmişkən, hərmin ərazilərə baxış keçirlərkən ermənilərin yenidən minlərlə mina basdırdıqları aşkarlanmışdır.
Təsadüfi deyil ki, 2020-ci ilin 10 noyabr müqaviləsindən sonra indiyədək əksəriyyəti mülki şəxslər olmaqla 230-dan çox vətəndaşımız mina hadisəsinin qurbanı olmuşdur. Onlar arasında həmin ərazilərdə xidmət aparan sosial-infrastruktur layihələrinin işçiləri və hərbi qulluqçular da vardır.
Hazırda dünya ictimaiyyəti Ermənistanın qanunsuz yollarla Azərbaycan ərazilərini yenidən minalanmasına göz yumur və susqunluq nümayiş etdirir. Vətəndaş cəmiyyəti təşkilatları olaraq beynəlxalq təşkilatların, donorların ölkəmizin mina probleminə, təəssüf ki, etinasız yanaşmasının şahidi oluruq. Biz BMT və onun agentliklərinə, beynəlxalq təşkilatlara o cümlədən, donorlara, investorlara müraciət edir və Azərbaycanın qlobal mina probleminin həllinə dəstək olmağa çağırırıq.
Beynəlxalq təşkilatlar Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provokativ tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə çağırırq! Bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmasına etiraz etməli və hüquqi qiymət verməlidirlər”.
Xəbər lenti
0