https://sputnik.az/20221002/almaniyali-deputatlar-cini-qezeblendirecek-addim-atdilar-446964103.html
Almaniyalı deputatlar Çini qəzəbləndirəcək addım atdılar
Almaniyalı deputatlar Çini qəzəbləndirəcək addım atdılar
Sputnik Azərbaycan
Bu, Almaniyadan olan nümayəndə heyətinin koronavirus pandemiyası başlayandan bəri adaya ilk səfəridir. 02.10.2022, Sputnik Azərbaycan
2022-10-02T13:33+0400
2022-10-02T13:33+0400
2022-10-02T15:13+0400
dünya xəbərləri
almaniya
çin
tayvan
https://cdnn1.img.sputnik.az/img/40263/50/402635054_0:80:3357:1968_1920x0_80_0_0_2ea5b1a83eea54c2e6890766e7dab74f.jpg
BAKI, 2 oktyabr - Sputnik. Almaniya Bundestaqının müxtəlif siyasi partiyalarını təmsil edən yeddi deputatdan ibarət nümayəndə heyəti 5 günlük səfər üçün Tayvana gəlib. Bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Bu, Almaniyadan olan nümayəndə heyətinin koronavirus pandemiyası başlayandan bəri adaya ilk səfəridir. Nümayəndə heyətinə Tayvanla əlaqələr üzrə parlament qrupunun sədri, Yaşıllar Partiyasından olan Klaus-Piter Vilş başçılıq edib.O və həmkarları adanın administrasiyasının rəhbəri Tsay İnven, onun müavini Uilyam Lai, Tayvan Xarici İşlər Nazirliyinin rəhbəri Cozef Vu, Qanunvericilik orqanı Yuanın spikeri Yu Sikun ilə görüşəcək, həmçinin yüksək texnologiya sahələrində əməkdaşlığı müzakirə etmək üçün elm parkına baş çəkəcəklər.Bundestaq səfərin məqsədinin bölgədəki gərginlik fonunda "Tayvana dəstək göstərmək" olduğunu bildirib.ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri fonunda Tayvan boğazında münaqişənin yenidən gərginləşməsi baş verib. Pekin ABŞ siyasətçisinin adaya səfərini Vahid Çin prinsipinə məhəl qoymamaq kimi qiymətləndirib.Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40263/50/402635054_312:0:3043:2048_1920x0_80_0_0_c06d5997d819738041ffc703227f6a83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
almaniya, çin, tayvan
Almaniyalı deputatlar Çini qəzəbləndirəcək addım atdılar
13:33 02.10.2022 (Yenilənib: 15:13 02.10.2022) Bu, Almaniyadan olan nümayəndə heyətinin koronavirus pandemiyası başlayandan bəri adaya ilk səfəridir.
BAKI, 2 oktyabr - Sputnik. Almaniya Bundestaqının müxtəlif siyasi partiyalarını təmsil edən yeddi deputatdan ibarət nümayəndə heyəti 5 günlük səfər üçün Tayvana gəlib. Bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu, Almaniyadan olan nümayəndə heyətinin koronavirus pandemiyası başlayandan bəri adaya ilk səfəridir. Nümayəndə heyətinə Tayvanla əlaqələr üzrə parlament qrupunun sədri, Yaşıllar Partiyasından olan Klaus-Piter Vilş başçılıq edib.
O və həmkarları adanın administrasiyasının rəhbəri Tsay İnven, onun müavini Uilyam Lai, Tayvan Xarici İşlər Nazirliyinin rəhbəri Cozef Vu, Qanunvericilik orqanı Yuanın spikeri Yu Sikun ilə görüşəcək, həmçinin yüksək texnologiya sahələrində əməkdaşlığı müzakirə etmək üçün elm parkına baş çəkəcəklər.
Bundestaq səfərin məqsədinin bölgədəki gərginlik fonunda "Tayvana dəstək göstərmək" olduğunu bildirib.
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri fonunda Tayvan boğazında münaqişənin yenidən gərginləşməsi baş verib. Pekin ABŞ siyasətçisinin adaya səfərini Vahid Çin prinsipinə məhəl qoymamaq kimi qiymətləndirib.
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.
Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.