Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış jurnalist: "Təbii gözəllik həmişə dəbdə olacaq"

© Sputnik / Murad OrujovПолитолог Надир Шафиев
Политолог Надир Шафиев - Sputnik Azərbaycan, 1920, 01.10.2022
Abunə olmaq
Nadir Şəfiyev bildirir ki, gözəllik meyarları qədim dövrlərdən müəyyənləşdirilib. Qədim yunan heykəllərinə baxanda gözəllik meyarlarının əslində bütün dönəmlərdə bir olduğu müəyyən olunur
BAKI, 1 oktyabr — Sputnik. Dəb hər il dəyişir. Bəzən əvvəlki illərin tərzi geri qayıdır, bəzənsə, tam fərqli stillər vitrinləri bəzəyir. Dəyişən təkcə dəb yox, gözəllik meyarları da zamanla dəyişir. Məsələn, məşhur "Qaynana" filmində Cənnət xalanın dilindən səsləndirilən "Allah rəhmət eləsin, Şeydanı yun çubuğuna döndərmişdin, adə, Zəhranı, camış kimi arvaddı" sitatından da göründüyü kimi ötən əsrin 50- 60-ci illərində ətli-canlı qadınlar dəbdə olub.
Tanınmış jurnalist Nadir Şəfiyev bildirir ki, gözəllik meyarları qədim dövrlərdən müəyyənləşdirilib. Qədim yunan heykəllərinə baxanda gözəllik meyarlarının əslində bütün dönəmlərdə bir olduğu müəyyən olunur: "Bu, həm kişilərə, həm də qadınlara aiddir. Enli kürək, əzələləri güclü olan, hündürboy, üz cizgilərində qüsur yoxdursa, bu kişilər hər dövrdə yaraşıqlı hesab olunub. Qadınlarda da hündür boy (175-ə qədər), 90-60-90 bədən ölçüləri, gözəl gözlər, kobud olmayan üz cizgiləri gözəllik meyarı hesab olunub".
Müsahibimiz bildirir ki, ötən əsrin ortalarında Azərbaycanda belə bir fikir formalaşmışdı ki, "qadın əndamlı olar". Bunun həm tibbi, həm də zövq baxımından izahı var: "Tibbi cəhətdən deyirdilər ki, beldən aşağı hissəsi böyük olan xanımlar rahat uşaq dünyaya gətirə bilirlər. Hər dövrdə avanqard üslublu insanlar olub. Həmin insanları həmişə cəmiyyətdə sıxışdırıblar. Məsələn, ötən əsrin 60-70-ci illərində "Beatles" qrupunun məşhur olduğu dönəmlərdə o dövrün gəncləri özlərini onlara bənzədirdirlər. O dönəmlərdə oğlanlar enli kürək olmağı deyil, uzun saçlı, beli nazik olmağı üstün tuturdular. Məsələn, mən həmin dönəmlərdə məktəbli idim, uzun saçlarım var idi. Ona görə məni məktəbdən də qovmuşdular. Atam deyirdi sənə görə utanıram. Mən düşünürdüm ki, atam geridə qalıb. Mən gənc olanda evdə məşq edirdim, anam deyirdi "özünə kənardan baxmısan, vəhşiyə oxşayırsan"".
N. Şəfiyev deyir ki, əvvəllər gözəllik müsabiqələri çox keçirilmirdi, ildə bir dəfə olurdu, 1 il ərzində bütün dünya onları tanıyırdı və həmin xanım gözəllik etalonu hesab olunurdu: "İndi gözəllik müsabiqələrininin sayını artırıblar, şouya çeviriblər. Ona görə də həmin insanlar heç kimə maraqlı gəlmirlər".
Müsahibimiz gözəlliyi musiqiyə bənzədir: "Gözəllik də musiqi kimidir, deyə bilərik. Məsələn, 90-cı illərdə dəbdə olan "Kəmər belimi kəsdi" mahnısını indi heç kəs dinləmir. Amma o zamanlar hər tində o mahnı səslənirdi. İndi əksər qadınlar müxtəlif nahiyələrinə dolğular edirlər. Müəyyən müddətdən sonra bu da dəbdən düşəcək. Dəbdən düşəndə bədənlərinə etdikləri süni müdaxilələr eybəcər bir şəkil alacaq. Mənim 27 yaşım olanda məndən yaşca az olan uşaqlar dərmanlarla bədənlərini şişirtdilər. Həmin gənclər o vaxt mənə də təklif edirdilər, imtina etdim. İllər sonra həmin insanları gördüm, onların dəriləri çox pis vəziyyətdə idi. Təbii gözəllik həmişə dəbdə olacaq. Necə ki, klassik musiqlər həmişə dinlənilir".
Məşhur modelyer Şəlalə Maqsudova isə bilidirir ki, dəb tez-tez dəyişir. Dəblə bərabər parçalar da dəyişir: "Dəb elə bir məfhumdur ki, tez-tez qayıdır. O vaxt trikotin parçalar dəbdə idi. Trapesiya biçimli şalvarlar, "A" formalı ətəklər, dirsək və dirsəkdən aşağı koftalar dəbdə idi. 90-cı illərdə enli daban, burnu yumru olan ayaqqabılar dəbdə idi. Sonra onun yerini burnu şiş, nazik dabanlı ayaqqabılar dəbə düşdü. O zamanlar lama paltolar var idi. Bütün qadınlar ona can atırdı. Bundan başqa "layka" (dəri növü) paltolar, gödəkçələr dəbdə idi. Zamanla onlar dəbdən düşdü. Onun yerini müxtəlif parçalardan üst geyimləri tutdu. Amma son illər yenidən dəbə qayıdıb".
Saç düzümlərinə gəldikdə isə modelyer bildirir ki, onlar da zamanla dəyişir: "Məsələn, 80-ci illərdə saçları tarım yığmaq dəbdə idi. Sonralar dəbdən düşdü. Onun yerini qısa formada kəsilmiş saçlar tutdu. 90-cı illərdə xanımlar saçlarını müxtəlif formalarda kəsdirirdilər. Anamın kristalon (Parlaq sintetik parça) parçadan gəlinliyi var idi. İndi o parçanı sifariş versəm, heç kəs bilməyəcək o nədir. Onun adı başqa sözlə əvəz olunub, amma eyni materialdır".
Xəbər lenti
0