https://sputnik.az/20221001/suraxanida--222-nefer-saxlanilib-446939375.html
Suraxanıda 222 nəfər saxlanılıb
Suraxanıda 222 nəfər saxlanılıb
Sputnik Azərbaycan
Həmin şəxslərdən 188-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. 01.10.2022, Sputnik Azərbaycan
2022-10-01T10:19+0400
2022-10-01T10:19+0400
2022-10-01T10:30+0400
suraxanı
cəmiyyət
saxlanılma
əmircan qəsəbəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198318_0:304:2558:1743_1920x0_80_0_0_9fa3d7c72022d794ed057857f10fd5e3.jpg
BAKI, 1 oktyabr — Sputnik. Bakının Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən ümumilikdə 222 nəfər saxlanılıb.DİN-in yaydığı məlumata görə, həmin şəxslərdən 188-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 110-nu barəsində məhkəmə tərəfindən həbs, 78-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları və su sayğacları oğurlayan, habelə quldurluq törədən 34 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 51 obyekti qarət etdikləri müəyyən edilib.Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198318_0:64:2558:1983_1920x0_80_0_0_c48e9818713ac09dadd6eefa142a8046.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
suraxanı, saxlanılma, əmircan qəsəbəsi
suraxanı, saxlanılma, əmircan qəsəbəsi
Suraxanıda 222 nəfər saxlanılıb
10:19 01.10.2022 (Yenilənib: 10:30 01.10.2022) Həmin şəxslərdən 188-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub.
BAKI, 1 oktyabr — Sputnik. Bakının Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən ümumilikdə 222 nəfər saxlanılıb.
DİN-in yaydığı məlumata görə, həmin şəxslərdən 188-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 110-nu barəsində məhkəmə tərəfindən həbs, 78-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları və su sayğacları oğurlayan, habelə quldurluq törədən 34 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 51 obyekti qarət etdikləri müəyyən edilib.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.