https://sputnik.az/20221001/gundelik-on-alti-saat-ders-yuku---sagirdler-mehv-olur-446952573.html
Gündəlik on altı saat dərs yükü - Şagirdlər məhv olur
Gündəlik on altı saat dərs yükü - Şagirdlər məhv olur
Sputnik Azərbaycan
Ekspert təklif edir ki, test tərtib etmək səalhiyyəti DİM-dən alınmalıdır, qrup imtahanları ixtisas seçimləri ilə əvəzlənməlidir 01.10.2022, Sputnik Azərbaycan
2022-10-01T22:22+0400
2022-10-01T22:22+0400
2022-10-01T22:22+0400
təhlil
məktəb
şagird
şagirdlər
dərs
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066220_0:0:2000:1125_1920x0_80_0_0_226a33cca4edd6018cd1e3bbecc12aad.jpg
BAKI, 1 oktyabr - Sputnik. Bu gün Azərbaycanda şagirdlər quldarlıq quruluşunda olan qullardan daha çox istismar edilirlər. Şagird təxminən gününün 15-16 saatını dəsr oxumaqla, dəftər-kitabla keçirir. Bunun üçün şagirdlər səhər 06:00-dan yuxudan qalxır və təxminən 14:00-dək gününü məktəbdə, sonra da repetitor yanında keçirir.Təhsil eksperti Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib. O bildirib ki, repetitor yanından qayıtdıqdan sonra da şagirdlərindərs yükü bitmir: "Şagird növbəti günün hazırlıq tapşırıqlarını yerinə yetirmək üçün təxminən 20:00-dan 02:00-dək dərs oxumalı olur. Bu cür həyat tərzi düzgün deyil".Nəticədə şagirdin psxioloji vəziyyətində problemlər yaranırE.Qafarov bildirir ki, belə həyat tərzi uşaqların sağlamlığına çox mənfi təsir edir: "Nəticədə uşağın sağlamlığı əldən gedir, böyük travmalar yaşayır, psixoloji gərginlik yaranır. Düşünürəm ki, hazırkı vəziyyət genefondumuza böyük bir zərbədir və yaxın gələcəkdə biz bunun mənfi təsirlərini görəcəyik".Nə etmək lazımdır?Ekspert deyir ki, şagirdlərin təhsil yüklərini azaltmaq üçün ilk növbədə kölgə təhsilini aradan qaldırmaq lazımdır: "Bunu aradan qaldırmaq üçün Dövlət İmtahan Mərkəzinin qrup imtahanlarını ixtisas seçimləri ilə əvəz etmək lazımdır. Test tərtib etmək səlahiyyəti DİM-dən alınmalıdır. DİM sadəcə imtahanı keçirtməlidir. Testləri hazərlamaq üçün ayrıca bir qurum olmalıdır. Belə olan halda nəticədə repetitorluğa bir o qədər də ehtiyac olmayacaq"."Ümumiyyətlə, təhsildən danışırıqsa, təhsili idarə edən şəxslərin özlərinin də təhsilə aiddiyatı olmalıdır. Lakin bu olmadığı üçün biz çətinlik çəkirik", - deyə o əlavə edib.Digər təhsil eksperti Kamran Əsədov bildirir ki, təhsil prosesində lazımsız informasiyalara daha çox yer verildiyindən uşaqların özlərinə ayırmağa zamanları olmur: "Məktəb fənlərinin sayı hədsiz dərəcədə çoxdur. Məktəbdə həftəlik dərs saatları 32-34 saatdır. Nə etməliyik, sualına cavab olaraq onu deyə bilərəm ki, biz dərslikləri sadələşdirməli, qəbul imtahanlarında müəyyən sadələşdirmələrə getməliyik"."Çünki şagirdlər daha çox uğur əldə etmək üçün çalışsalar da, nəticədə fiziki və psixoloji olaraq böyük itkiləri olur. Buna görə də dərsliklər daha sadə dildə yazılmalıdır. Hədəf və məqsədlər olmalıdır. Tədrisin hansı məqsədə xidmət etməsi ilə bağlı bir məlumat yoxdur", - deyə o əlavə edibO deyir ki, bu vəziyyəti dəyişmək üçün qəbul imtahanlarında müəyyən dəyişikliklərə getmək lazımdır: "Belə olan halda uşaqların asudə üçün zamanları da yaranacaq".Psixoloq Elnur Rüstəmov isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, burada söhbət dərs yükünün ağır olmaısndan deyil, dərsin pedaqoq tərəfindən hansı formada tədrisindən gedir: "Düzdür, müqayisədə hər zaman 10-20 il bundan öncəni misal çəkilir. Ancaq həmin dövrlərdə vəziyyət də fərqli idi. Müasir dövrdə təbii ki, dərs yükündə artım olacaq. Bu vəziyyət şagird və validyenləri də narahat edir. Şagirdlərin dərs yükü həqiqətən də çox ağırdır". Əsas məqamHəmsöhbətimiz deyir ki, bu yükü azaltmaq üçün təhsilin məzmunu dəyişməlidir: "İmtahan prosesi sadələşdirilməlidir. Baxın, dünyanın müxtəlif ölkələrində universitetə girmək asan, oranı bitirmək çətindir. Bizdə isə bu proses tərsinədir. Bunu düzünə çevirmək üçün təhsilin məzmunu dəyişməlidir. Belə olan halda bir sıra məsələlər həllini tapacaq"."Nə qədər xaricdə ali təhsil alanlar da var ki, 4 ilə təhsilini tamamlaya bilmirlər. Türkiyənin elə universitetləri var ki, oranı 4 ilə bitirmək çətindir. Bir çox tələbələr azı 5-6 il orada oxuyurlar", - deyə o əlavə edib.E.Rüstəmov bildirir ki, zamanı düzgün bölmək, idarə etmək də çox önəmlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066220_160:0:1937:1333_1920x0_80_0_0_5c0356ed7e2cd560ffa57d6c284218cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, şagird, şagirdlər, dərs
məktəb, şagird, şagirdlər, dərs
Gündəlik on altı saat dərs yükü - Şagirdlər məhv olur
Ekspert təklif edir ki, test tərtib etmək səalhiyyəti DİM-dən alınmalıdır, qrup imtahanları ixtisas seçimləri ilə əvəzlənməlidir
BAKI, 1 oktyabr - Sputnik. Bu gün Azərbaycanda şagirdlər quldarlıq quruluşunda olan qullardan daha çox istismar edilirlər. Şagird təxminən gününün 15-16 saatını dəsr oxumaqla, dəftər-kitabla keçirir. Bunun üçün şagirdlər səhər 06:00-dan yuxudan qalxır və təxminən 14:00-dək gününü məktəbdə, sonra da repetitor yanında keçirir.
Təhsil eksperti Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib. O bildirib ki, repetitor yanından qayıtdıqdan sonra da şagirdlərindərs yükü bitmir: "Şagird növbəti günün hazırlıq tapşırıqlarını yerinə yetirmək üçün təxminən 20:00-dan 02:00-dək dərs oxumalı olur. Bu cür həyat tərzi düzgün deyil".
Nəticədə şagirdin psxioloji vəziyyətində problemlər yaranır
E.Qafarov bildirir ki, belə həyat tərzi uşaqların sağlamlığına çox mənfi təsir edir: "Nəticədə uşağın sağlamlığı əldən gedir, böyük travmalar yaşayır, psixoloji gərginlik yaranır. Düşünürəm ki, hazırkı vəziyyət genefondumuza böyük bir zərbədir və yaxın gələcəkdə biz bunun mənfi təsirlərini görəcəyik".
Ekspert deyir ki, şagirdlərin təhsil yüklərini azaltmaq üçün ilk növbədə kölgə təhsilini aradan qaldırmaq lazımdır: "Bunu aradan qaldırmaq üçün Dövlət İmtahan Mərkəzinin qrup imtahanlarını ixtisas seçimləri ilə əvəz etmək lazımdır. Test tərtib etmək səlahiyyəti DİM-dən alınmalıdır. DİM sadəcə imtahanı keçirtməlidir. Testləri hazərlamaq üçün ayrıca bir qurum olmalıdır. Belə olan halda nəticədə repetitorluğa bir o qədər də ehtiyac olmayacaq".
"Ümumiyyətlə, təhsildən danışırıqsa, təhsili idarə edən şəxslərin özlərinin də təhsilə aiddiyatı olmalıdır. Lakin bu olmadığı üçün biz çətinlik çəkirik", - deyə o əlavə edib.
Digər təhsil eksperti Kamran Əsədov bildirir ki, təhsil prosesində lazımsız informasiyalara daha çox yer verildiyindən uşaqların özlərinə ayırmağa zamanları olmur: "Məktəb fənlərinin sayı hədsiz dərəcədə çoxdur. Məktəbdə həftəlik dərs saatları 32-34 saatdır. Nə etməliyik, sualına cavab olaraq onu deyə bilərəm ki, biz dərslikləri sadələşdirməli, qəbul imtahanlarında müəyyən sadələşdirmələrə getməliyik".
"Çünki şagirdlər daha çox uğur əldə etmək üçün çalışsalar da, nəticədə fiziki və psixoloji olaraq böyük itkiləri olur. Buna görə də dərsliklər daha sadə dildə yazılmalıdır. Hədəf və məqsədlər olmalıdır. Tədrisin hansı məqsədə xidmət etməsi ilə bağlı bir məlumat yoxdur", - deyə o əlavə edib
O deyir ki, bu vəziyyəti dəyişmək üçün qəbul imtahanlarında müəyyən dəyişikliklərə getmək lazımdır: "Belə olan halda uşaqların asudə üçün zamanları da yaranacaq".
Psixoloq Elnur Rüstəmov isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, burada söhbət dərs yükünün ağır olmaısndan deyil, dərsin pedaqoq tərəfindən hansı formada tədrisindən gedir: "Düzdür, müqayisədə hər zaman 10-20 il bundan öncəni misal çəkilir. Ancaq həmin dövrlərdə vəziyyət də fərqli idi. Müasir dövrdə təbii ki, dərs yükündə artım olacaq. Bu vəziyyət şagird və validyenləri də narahat edir. Şagirdlərin dərs yükü həqiqətən də çox ağırdır".
Həmsöhbətimiz deyir ki, bu yükü azaltmaq üçün təhsilin məzmunu dəyişməlidir: "İmtahan prosesi sadələşdirilməlidir. Baxın, dünyanın müxtəlif ölkələrində universitetə girmək asan, oranı bitirmək çətindir. Bizdə isə bu proses tərsinədir. Bunu düzünə çevirmək üçün təhsilin məzmunu dəyişməlidir. Belə olan halda bir sıra məsələlər həllini tapacaq".
"Nə qədər xaricdə ali təhsil alanlar da var ki, 4 ilə təhsilini tamamlaya bilmirlər. Türkiyənin elə universitetləri var ki, oranı 4 ilə bitirmək çətindir. Bir çox tələbələr azı 5-6 il orada oxuyurlar", - deyə o əlavə edib.
E.Rüstəmov bildirir ki, zamanı düzgün bölmək, idarə etmək də çox önəmlidir.