Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alzheymer xəstələri üçün ayrıca müəssisə yaradılmalıdırmı?

© Sputnik / STRYaşlı insanlar, arxiv şəkli
Yaşlı insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2022
Abunə olmaq
Vətəndaşlar yaxın vaxtlarda dövlət tərəfindən belə məüsissələrin yaradılması istiqamətində addımların atılacağına inanırlar.
BAKI, 1 oktyabr - Sputnik. Alzheymer xəstələri üçün lazım olan dərmanların tapılmasında hansısa çətinliklər yoxdur. Lakin belə şəxslər üçün özəl mərkəzlər demək olar ki, mövcud deyil. Bundan başqa, evdə bu cür şəxslərə xidmət göstərəcək şirkətlər, belə kadrları yetişdirəcək mərkəzlər də yoxdur. Bu cür xəstələrlə davranmaq çox çətin olduğundan Alzheymer xəstəsi olan ailələrin əsas problemi məhz belə xidmət və mərkəzlərin olmamasıdır. Ümumiyyətlə, yaxşı olardı ki, dövlət müəssisələrində də belə xəstələr üçün yerlər ayrılsın.
Bunu psixiatr Orxan Fərəcli Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
Bu cür şəxslərə əlilliyin təyin olunduğunu deyən psixiatr bildirir ki, Alzheymer xəstəsinə yalnız bir nəfər qulluq edə bilməz:

"Çünki tək bir kadr belə xəstəyə fasiləsiz baxa bilməz".

Alzheymer xəstələrinin yaxınları da sosial xidmətlər müəssisəsinin olmasını tələb edirlər
Günel Abbasova bildirir ki, onların da yaxınlarından biri bu xəstəlikdən əziyyət çəkib. O qeyd edir ki, Alzheymer xəstəsinin ailə üzvi işləmək məcburiyyətində qaldığı üçün hər gün qapını bağlayaraq açarı qonşuya verib gedir. Onun sözlərinə görə, yaxşı olardı ki, belə şəxslər üçün dövlət tərəfindən xüsusi mərkəz yaradılsın və xəstələrə orada qayğı göstərilsin.
© Sputnik / Murad OrujovAhıllar, arxiv şəkli
93-я годовщина со дня рождения общенационального лидера Азербайджана Гейдара Алиева - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Ahıllar, arxiv şəkli
Həmidə Məmmədovanın atası da bu xəstəlikdən dünyasını dəyişib:
"O zaman heç bir dövlət müəssisəsi atama yaxın durmadı. Düşünürəm ki, belə xəstələr üçün ayrıca bir müəssisə yaradılmalıdır ki, Alzheymer xəstələrini Maştağada yerləşən Ruhi Dispanserə aparmasınlar".
Milli Məclisin İctimai birliklər və dini qurumlar, eyni zamanda da Elm və təhsil komitəsinin üzvi Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son vaxtlar dövlət tərəfindən sosial yönümlü müxtəlif addımlar atılır:
"Bu xəstəlikdən əziyyət çəkənlər üçün müəssisələrin yaradılması mütləqdir. Qapını bağlayıb evdə saxlamaqla hansısa nəticələrə nail ola bilmərik. Bu kateqooriyadan olan insanlara diqqət və qayğı artırılmalıdır. İnanıram ki, yaxın vaxtlarda dövlət tərəfindən belə məüsissələrin yaradılması istiqamətində addımlar atılacaq".
Alzheymer xəstəliyi haqqında
Alzheymer xəstəliyi yaddaş itkisi və beynin zədələnməsi nəticədə psixi funksiyaların pozulmasıdır. Bu xəstəliyə tutulan insanların yaşı artdıqca xəstəliyin onlara göstərdiyi təsiri də artır. Xalq arasında buna qocalıqla əlaqədar olan "ağıl itirmə" də deyilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən bu sindromdan əziyyət çəkənlərin sayı 46 milyondur. 2030-cu ildə bu sayın 75 milyona, 2050-ci ildə isə 132 milyona çatacağı təxmin edilir. Alzheimer xəstəliyi xüsusən az inkişaf etmiş və az gəlirli ölkələrdə çox müşahidə olunur. Xəstəliyi tamamən müalicə etmək mümkün olmasa da, erkən diaqnoz qoyulduğu halda xəstəliyin inkişafını xeyli ləngitmək mümkündür.
© © Sputnik / Varvara GerteXəstə, arxiv şəkli
Пациент, архивное фото - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Xəstə, arxiv şəkli
Yüksək təzyiq də Alzheymer xəstəlyii üçün əsas risk faktorudur
Türkiyəli mütəxəssis Özlem Esen 21 sentyabr - Ümumdünya Alzheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü barədə danışaraq bildirib ki, yüksək təzyiq Alzheymer xəstəliyiin inkişafına səbəb olur. Ö.Esen deyir ki, normal təzyiq 120-80-dır. Təzyiqin bundan artıq olması isə hipertoniyanın inkişafının göstəricisidir. Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, 45-65 yaş arasında hipertanoniyanın inkişafı alzaymerə səbəb olub. Ö.Esen deyir ki, yüksək təzyiqdən əziyyət çəkən şəxslər zamanında təzyiq dərmanı qəbul etdikdə onlarda alzaymer xəstəsi olmaq riski yaranmır.
Mütəxəssisin sözlərinə görə, gənc yaşlarından yüksək təzyiq xəstəsi olmaq risklidir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanla bağlı son açıqladığı, 2020-ci ildə dərc olunan hesabatına görə, Azərbaycanda Alzheymer və Demensiyadan (ağılsızlıq) əziyyət çəkən xəstələr arasında 1370 nəfərə çatıb. Bununla da adı çəkilən xəstəliklərdən ölümlər ümumi ölümlərin 1,74%-ni təşkil edib. Bununla da Azərbaycan dünyada bu xəstəliklərə görə 98-ci yerdə qərarlaşıb: https://www.worldlifeexpectancy.com/azerbaijan-alzheimers-dementia
Xatırladaq ki, 21 Sentyabr Ümumdünya Alzheymer xəstəliyi ilə bağlı məlumatlandırma günü 1994-cü ildə təsis olunub.
Xəbər lenti
0