https://sputnik.az/20220930/simal-axininda-fovqelade-veziyyet-avropa-en-pis-veziyyete-hazirlasir-446878307.html
“Şimal axını”nda fövqəladə vəziyyət: Avropa ən pis vəziyyətə hazırlaşır
“Şimal axını”nda fövqəladə vəziyyət: Avropa ən pis vəziyyətə hazırlaşır
Sputnik Azərbaycan
“Şimal axını” ilə bağlı misli görünməmiş qəzanın səbəblərini qarşıdakı dövrdə həll etmək lazımdır. 30.09.2022, Sputnik Azərbaycan
2022-09-30T10:00+0400
2022-09-30T10:00+0400
2022-09-30T10:00+0400
"şimal axını-2"
təhlil
https://cdnn1.img.sputnik.az/img/42264/89/422648919_0:36:3160:1814_1920x0_80_0_0_4d7db4d7f98a05018d617329a5fac920.jpg
Ümumi iqtisadi zərəri qiymətləndirmək isə çətindir. Boruların kimin hesabına təmir olunacağı və bunun nə qədər vaxt aparacağı bəlli deyil. Avropada artıq hasilatın dayanacağı və qaz qiymətlərinin həddindən artıq bahalaşması proqnozlaşdırılır. Aİ isə qaz boru kəmərlərindən həmişəlik məhrum olacağından qorxur. Qəzanın nəticələri haqqında - RİA Novosti-nin materialında.Milyardlarla ziyan“Şimal axını” və “Şimal axını-2”nin üç xəttində dərhal sızma baş verib. Bu həm Rusiya, həm də Aİ üçün surpriz oldu. Hər iki tərəf planlanmış təxribatdan danışır.Bütün xətlərin ötürmə qabiliyyəti 110 milyard kubmetrdir. Avropada mavi yanacağın qiyməti isə hazırda min kubmetr üçün 2000 dolları keçir. Qəza zamanı hər iki qaz boru kəməri istifadə edilməsə də, onlarda yüz milyonlarla kubmetr texnoloji qaz toplanıb.Belə ki, Milli Enerji Təhlükəsizliyi Fondunun ekspertlərinin hesablamalarına görə, hər bir xəttdə 100 milyon kubmetrə yaxın qaz ola bilər. İndiki qiymətlərlə nəzərə alsaq, bu, 500-600 milyon dollar ziyan, üstəlik ətraf mühitə zərər verdiyinə görə tənzimləyicilərdən mümkün cərimə sanksiyaları deməkdir.Digər mənbələrə görə, üç xəttin hər birində 150-360 milyon kubmetr, yəni ümumilikdə 450-1080 milyon kubmetr qaz olub."Bu, həm də borulardakı təzyiqdən asılıdır, hansı ki, ötürmə zamanı tələb olunandan az təzyiq ola bilərdi. Qazın hamısının sızdığı və ya bir hissəsinin texniki cəhətdən dayanması məlum deyil. Buna uyğun olaraq, sızmanın bazar dəyəri 0,9-2,1 milyard dollar ola bilər,” - deyə TeleTrade İnformasiya və Analitik Mərkəzinin baş iqtisadçısı Mark Qoyhman qeyd edir.Kim ödəməlidirAnalitiklər hələ ki, infrastrukturun bərpasının mümkün xərclərini hesablamağı öhdələrinə götürməyiblər. Burada əsas məsələ ziyanı kimin ödəyəcəyidir. Razılaşmalara əsasən, “Qazprom”un törəmə şirkətləri olan “Şimal axını” operatorları təmir işlərini aparmağa borcludurlar. Və onlar, çox güman ki, bu cür işləri görməyə qadir olan təşkilatları işə cəlb etməlidirlər."Bəs kimin hesabına təmir edilməlidir? Məntiqlə vəsait sızmalara görə cavabdeh olanlar tərəfindən qarşılanmalıdır. Düzdür, onların necə məsuliyyətə cəlb ediləcəyi bəlli deyil. Ola bilsin ki, Stokholm Arbitraj Məhkəməsi və ya başqa bir beynəlxalq məhkəmə bununla məşğul olacaq", - deyə müstəqil sənaye eksperti Leonid Xazanov deyir.Enerji sahəsində müstəqil analitik Dmitri Adamidov qeyd edir ki, əgər baş verən qəza sığorta hadisəsi kimi tanınsa, sığortaçı ödəyəcək, lakin məhkəmə tələb olunacaq. Onun sözlərinə görə, söhbət sadəcə puldan getmir. Avropa sənayesi və logistikası ilə bağlı mövcud problemləri, eləcə də qarşılıqlı sanksiyaları nəzərə alsaq, boru kəmərinin və aqreqatların bərpası üçün sifariş vermək o qədər də asan deyil. Bir çox Dəniz borusunu təmir etmək bacarığı çox adamda yoxdur.Avropa artıq ən pis vzəiyyətə hazırlaşır. “Tagesspiegel” hökumət mənbələrinə istinadən yazır ki, hakimiyyət “Şimal axını” və “Şimal axını-2”nin üç borusunun həmişəlik istifadəyə yararsız qalacağından qorxur. Nəşr qeyd edir ki, yaxın vaxtlarda xətlər təmir olunmasa, hermetikliyin pozulması ilə əlaqədar olaraq içəriyə çoxlu duzlu su daxil olacaq və bu da korroziyaya səbəb olacaq.Ekstremal qiymətlərAncaq tez təmirə ümid etməyə dəyməz. Qəza yerində araşdırma bir neçə həftə çəkəcək və bərpa işləri aylarla uzanacaq.Hazırda Avropaya qaz tədarükü yalnız Ukrayna ərazisindən (gündə təxminən 42 milyon kubmetr) və “Türk axını” boru kəməri vasitəsilə həyata keçirilir. İnvestisiya üzrə özəl məsləhətçi, Müstəqil Direktorlar Assosiasiyasının üzvü Nikolay Neplyuev qeyd edir ki, “Şimal axını” hələ də geosiyasi mübarizəni yumşaltmaq və sanksiyaların ləğvi müqabilində mavi yanacaq almaq üçün istifadə oluna bilər.İndi Avropa məsələni həll etmək və Rusiyadan normal qaz nəqlini bərpa etmək imkanından məhrum olub. Yanacağın qiyməti artacaq, yəni bütün qaz tutumlu sənaye həddindən baha qiymətlər ödəyəcək və ya hasilatı dayandıracaq.Müəssisələrin fəaliyyətinin dayandırılmasıEnerji tutumlu sahələrdəki yüzlərlə Avropa zavodu risk altındadır. Əvvəllər olduğu kimi, metallurgiya və gübrə istehsalı zərbə altında olacaq - azot gübrələri istehsal edən sahələrin 70 faizi artıq fəaliyyətsizdir.Qitənin əsas alüminium tədarükçüsü olan “Slovalco” sentyabr ayından etibarən Slovakiyada hasilatı azaldır. Bu barədə Hollandiyanın “Budel” sink zavodu da məlumat verib. Rumıniyanın nəhəng “Chimcomplex”i yapışqan və lak istehsalı üçün zəruri olan poliollar, oktanol və izobutanol istehsalını artırıb. Fasilədə olan Polşanın “ANWIL”, Norveçin “Yara” istehsalçıları gücünü 35 faizə endirib. Almaniyada “SKW Stickstoffwerke Piesteritz”in filialları açılır."Əgər Rusiyadan təbii qazın ixracı dayanarsa, fosfor və kalium gübrələri istehsal edən bütün müəssisələr dayanacaq. Eyni zamanda, bu aqibət metallurgiya, avtomobil, qida və digər sənaye müəssisələrinin, mavi yanacaqdan istifadə edən bir çox elektrik stansiyalarının da başına gələcək. Sərnişin və yük qatarlarının hərəkəti azaldıla bilər”, - deyə Leonid Xazanov zənn edir.Beləliklə, Avropada enerji böhranı qışda yeni kəskin mərhələyə qədəm qoyacaq. Rusiya isə öz növbəsində qeyri-müəyyən müddətə qaz tədarükündən potensial gəlirdən məhrum olur. Xarici İşlər Nazirliyi artıq bəyan edib ki, Moskva Brüssellə birlikdə “Şimal axını”nda baş verən qəzaları araşdırmağa hazırdır. Sentyabrın 30-da qaz kəmərlərinə qarşı təxribatla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Dembinskaya Natalya
https://cdnn1.img.sputnik.az/img/42406/14/424061405_35:-1:195:160_100x100_80_0_0_bbc6ea6db45b93f9a874bb1bb0c884b1.jpg
Dembinskaya Natalya
https://cdnn1.img.sputnik.az/img/42406/14/424061405_35:-1:195:160_100x100_80_0_0_bbc6ea6db45b93f9a874bb1bb0c884b1.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42264/89/422648919_429:0:3160:2048_1920x0_80_0_0_7384260225c803f11429ab769c934ef4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Dembinskaya Natalya
https://cdnn1.img.sputnik.az/img/42406/14/424061405_35:-1:195:160_100x100_80_0_0_bbc6ea6db45b93f9a874bb1bb0c884b1.jpg
"şimal axını-2"
“Şimal axını”nda fövqəladə vəziyyət: Avropa ən pis vəziyyətə hazırlaşır
“Şimal axını” ilə bağlı misli görünməmiş qəzanın səbəblərini qarşıdakı dövrdə həll etmək lazımdır.
Ümumi iqtisadi zərəri qiymətləndirmək isə çətindir. Boruların kimin hesabına təmir olunacağı və bunun nə qədər vaxt aparacağı bəlli deyil. Avropada artıq hasilatın dayanacağı və qaz qiymətlərinin həddindən artıq bahalaşması proqnozlaşdırılır. Aİ isə qaz boru kəmərlərindən həmişəlik məhrum olacağından qorxur. Qəzanın nəticələri haqqında - RİA Novosti-nin materialında.
“Şimal axını” və “Şimal axını-2”nin üç xəttində dərhal sızma baş verib. Bu həm Rusiya, həm də Aİ üçün surpriz oldu. Hər iki tərəf planlanmış təxribatdan danışır.
Bütün xətlərin ötürmə qabiliyyəti 110 milyard kubmetrdir. Avropada mavi yanacağın qiyməti isə hazırda min kubmetr üçün 2000 dolları keçir. Qəza zamanı hər iki qaz boru kəməri istifadə edilməsə də, onlarda yüz milyonlarla kubmetr texnoloji qaz toplanıb.
Belə ki, Milli Enerji Təhlükəsizliyi Fondunun ekspertlərinin hesablamalarına görə, hər bir xəttdə 100 milyon kubmetrə yaxın qaz ola bilər. İndiki qiymətlərlə nəzərə alsaq, bu, 500-600 milyon dollar ziyan, üstəlik ətraf mühitə zərər verdiyinə görə tənzimləyicilərdən mümkün cərimə sanksiyaları deməkdir.
Digər mənbələrə görə, üç xəttin hər birində 150-360 milyon kubmetr, yəni ümumilikdə 450-1080 milyon kubmetr qaz olub.
"Bu, həm də borulardakı təzyiqdən asılıdır, hansı ki, ötürmə zamanı tələb olunandan az təzyiq ola bilərdi. Qazın hamısının sızdığı və ya bir hissəsinin texniki cəhətdən dayanması məlum deyil. Buna uyğun olaraq, sızmanın bazar dəyəri 0,9-2,1 milyard dollar ola bilər,” - deyə TeleTrade İnformasiya və Analitik Mərkəzinin baş iqtisadçısı Mark Qoyhman qeyd edir.
Analitiklər hələ ki, infrastrukturun bərpasının mümkün xərclərini hesablamağı öhdələrinə götürməyiblər. Burada əsas məsələ ziyanı kimin ödəyəcəyidir. Razılaşmalara əsasən, “Qazprom”un törəmə şirkətləri olan “Şimal axını” operatorları təmir işlərini aparmağa borcludurlar. Və onlar, çox güman ki, bu cür işləri görməyə qadir olan təşkilatları işə cəlb etməlidirlər.
"Bəs kimin hesabına təmir edilməlidir? Məntiqlə vəsait sızmalara görə cavabdeh olanlar tərəfindən qarşılanmalıdır. Düzdür, onların necə məsuliyyətə cəlb ediləcəyi bəlli deyil. Ola bilsin ki, Stokholm Arbitraj Məhkəməsi və ya başqa bir beynəlxalq məhkəmə bununla məşğul olacaq", - deyə müstəqil sənaye eksperti Leonid Xazanov deyir.
Enerji sahəsində müstəqil analitik Dmitri Adamidov qeyd edir ki, əgər baş verən qəza sığorta hadisəsi kimi tanınsa, sığortaçı ödəyəcək, lakin məhkəmə tələb olunacaq. Onun sözlərinə görə, söhbət sadəcə puldan getmir. Avropa sənayesi və logistikası ilə bağlı mövcud problemləri, eləcə də qarşılıqlı sanksiyaları nəzərə alsaq, boru kəmərinin və aqreqatların bərpası üçün sifariş vermək o qədər də asan deyil. Bir çox Dəniz borusunu təmir etmək bacarığı çox adamda yoxdur.
Avropa artıq ən pis vzəiyyətə hazırlaşır. “Tagesspiegel” hökumət mənbələrinə istinadən yazır ki, hakimiyyət “Şimal axını” və “Şimal axını-2”nin üç borusunun həmişəlik istifadəyə yararsız qalacağından qorxur. Nəşr qeyd edir ki, yaxın vaxtlarda xətlər təmir olunmasa, hermetikliyin pozulması ilə əlaqədar olaraq içəriyə çoxlu duzlu su daxil olacaq və bu da korroziyaya səbəb olacaq.
Ancaq tez təmirə ümid etməyə dəyməz. Qəza yerində araşdırma bir neçə həftə çəkəcək və bərpa işləri aylarla uzanacaq.
Hazırda Avropaya qaz tədarükü yalnız Ukrayna ərazisindən (gündə təxminən 42 milyon kubmetr) və “Türk axını” boru kəməri vasitəsilə həyata keçirilir. İnvestisiya üzrə özəl məsləhətçi, Müstəqil Direktorlar Assosiasiyasının üzvü Nikolay Neplyuev qeyd edir ki, “Şimal axını” hələ də geosiyasi mübarizəni yumşaltmaq və sanksiyaların ləğvi müqabilində mavi yanacaq almaq üçün istifadə oluna bilər.
İndi Avropa məsələni həll etmək və Rusiyadan normal qaz nəqlini bərpa etmək imkanından məhrum olub. Yanacağın qiyməti artacaq, yəni bütün qaz tutumlu sənaye həddindən baha qiymətlər ödəyəcək və ya hasilatı dayandıracaq.
Müəssisələrin fəaliyyətinin dayandırılması
Enerji tutumlu sahələrdəki yüzlərlə Avropa zavodu risk altındadır. Əvvəllər olduğu kimi, metallurgiya və gübrə istehsalı zərbə altında olacaq - azot gübrələri istehsal edən sahələrin 70 faizi artıq fəaliyyətsizdir.
Qitənin əsas alüminium tədarükçüsü olan “Slovalco” sentyabr ayından etibarən Slovakiyada hasilatı azaldır. Bu barədə Hollandiyanın “Budel” sink zavodu da məlumat verib. Rumıniyanın nəhəng “Chimcomplex”i yapışqan və lak istehsalı üçün zəruri olan poliollar, oktanol və izobutanol istehsalını artırıb. Fasilədə olan Polşanın “ANWIL”, Norveçin “Yara” istehsalçıları gücünü 35 faizə endirib. Almaniyada “SKW Stickstoffwerke Piesteritz”in filialları açılır.
"Əgər Rusiyadan təbii qazın ixracı dayanarsa, fosfor və kalium gübrələri istehsal edən bütün müəssisələr dayanacaq. Eyni zamanda, bu aqibət metallurgiya, avtomobil, qida və digər sənaye müəssisələrinin, mavi yanacaqdan istifadə edən bir çox elektrik stansiyalarının da başına gələcək. Sərnişin və yük qatarlarının hərəkəti azaldıla bilər”, - deyə Leonid Xazanov zənn edir.
Beləliklə, Avropada enerji böhranı qışda yeni kəskin mərhələyə qədəm qoyacaq. Rusiya isə öz növbəsində qeyri-müəyyən müddətə qaz tədarükündən potensial gəlirdən məhrum olur. Xarici İşlər Nazirliyi artıq bəyan edib ki, Moskva Brüssellə birlikdə “Şimal axını”nda baş verən qəzaları araşdırmağa hazırdır. Sentyabrın 30-da qaz kəmərlərinə qarşı təxribatla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.