https://sputnik.az/20220930/seherlerarasi-muntezem-avtobus-marsrutlari-musabiqeye-cixarilib-446920265.html
Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb
Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb
Sputnik Azərbaycan
Müsabiqədə iştirak etmək istəyən daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır. 30.09.2022, Sputnik Azərbaycan
2022-09-30T17:15+0400
2022-09-30T17:15+0400
2022-09-30T17:15+0400
avtobus
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427039880_46:0:1200:649_1920x0_80_0_0_4251f1efe5eeef5e4522d54cb4d0f4b2.jpg
BAKI, 30 sentyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Naziliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı, Astara – Bakı – Astara və Lənkəran – Bakı – Lənkəran şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə Sputnik Azərbaycan nazirliyə istinadən xəbər verir.Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil edilir.Müsabiqə şərtlərinə əsasən, Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqaməti üzrə daşıyıcıların hərəsinin ən azı 2, Astara – Bakı – Astara istiqaməti üzrə isə daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır.İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri oktyabrın 27-si saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə noyabrın 10-u saat 17:00-a qədər AYNA-ya təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri Agentliyin inzibati binasında Bakı – Astara – Bakı və Astara – Bakı – Astara istiqamətlərində ilk 5 Lot üzrə noyabrın 24-də, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqamətlərində 4 Lot üzrə noyabrın 25-də açılacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri prosesdə iştirak edə bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427039880_217:0:1082:649_1920x0_80_0_0_75551a5e7070d606435074d3e59d4535.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtobus
Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb
Müsabiqədə iştirak etmək istəyən daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır.
BAKI, 30 sentyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Naziliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı, Astara – Bakı – Astara və Lənkəran – Bakı – Lənkəran şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə Sputnik Azərbaycan nazirliyə istinadən xəbər verir.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil edilir.
Müsabiqə şərtlərinə əsasən, Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqaməti üzrə daşıyıcıların hərəsinin ən azı 2, Astara – Bakı – Astara istiqaməti üzrə isə daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri oktyabrın 27-si saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə noyabrın 10-u saat 17:00-a qədər AYNA-ya təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri Agentliyin inzibati binasında Bakı – Astara – Bakı və Astara – Bakı – Astara istiqamətlərində ilk 5 Lot üzrə noyabrın 24-də, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqamətlərində 4 Lot üzrə noyabrın 25-də açılacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri prosesdə iştirak edə bilərlər.