https://sputnik.az/20220930/sefir-lham-eliyevin-bu-ilin-sonunadek-rana-seferi-planlasdirilir-446927457.html
Səfir: "İlham Əliyevin bu ilin sonunadək İrana səfəri planlaşdırılır"
Səfir: "İlham Əliyevin bu ilin sonunadək İrana səfəri planlaşdırılır"
Sputnik Azərbaycan
Diplomatın sözlərinə görə, bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır. 30.09.2022, Sputnik Azərbaycan
2022-09-30T18:45+0400
2022-09-30T18:45+0400
2022-09-30T18:45+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
iran
səfər
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427251046_0:0:3072:1728_1920x0_80_0_0_431c47154742cc119a9a48f970b7b3c0.jpg
BAKI, 30 sentyabr — Sputnik. Prezident İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri planlaşdırılır. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Report"a müsahibəsində deyib.Səfir bildirib ki, bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki, gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq.O qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə əlaqəli şəkildə bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır və tezliklə işə başlayacaqlar. Ancaq gözləntilərimiz bundan artıqdır. İran şirkətlərinin keyfiyyəti və rəqabət qabiliyyəti yüksəkdir.Xatırladaq ki, iyul ayında İran Prezidenti İbrahim Rəisi mətbuat nümayəndələrinə açıqlamasında deyib ki, İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi regionda səmərəli əməkdaşlığa səbəb olacaq.Prezident bildirib ki, İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi üçün heç bir maneə yoxdur. Bu əlaqələr iqtisadi artım və siyasi sabitliyin əsasını təşkil edir. Əlaqələrin bütün sahələr üzrə inkişaf etməsi xalqların da yaxınlaşmasında mühüm rol oynayacaq.Prezident İbrahim Rəisi nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevi İrana rəsmi səfərə dəvət edib. Səfərin reallaşacağı təqdirdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafında sıçrayış müşahidə edəcəyik.İran Prezidenti bütün sahələr üzrə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və bu potensialdan səmərəli istifadə edilməsinin zəruriliyini də diqqətə çatdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427251046_242:0:2973:2048_1920x0_80_0_0_27298cd55544d771b4a738a4c0a25fb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
prezident ilham əliyev, iran, səfər
prezident ilham əliyev, iran, səfər
Səfir: "İlham Əliyevin bu ilin sonunadək İrana səfəri planlaşdırılır"
Diplomatın sözlərinə görə, bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır.
BAKI, 30 sentyabr — Sputnik. Prezident İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri planlaşdırılır. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Report"a müsahibəsində deyib.
Səfir bildirib ki, bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki, gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq.
O qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə əlaqəli şəkildə bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır və tezliklə işə başlayacaqlar. Ancaq gözləntilərimiz bundan artıqdır. İran şirkətlərinin keyfiyyəti və rəqabət qabiliyyəti yüksəkdir.
Xatırladaq ki, iyul ayında İran Prezidenti İbrahim Rəisi mətbuat nümayəndələrinə açıqlamasında deyib ki, İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi regionda səmərəli əməkdaşlığa səbəb olacaq.
Prezident bildirib ki, İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi üçün heç bir maneə yoxdur. Bu əlaqələr iqtisadi artım və siyasi sabitliyin əsasını təşkil edir. Əlaqələrin bütün sahələr üzrə inkişaf etməsi xalqların da yaxınlaşmasında mühüm rol oynayacaq.
Prezident İbrahim Rəisi nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevi İrana rəsmi səfərə dəvət edib. Səfərin reallaşacağı təqdirdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafında sıçrayış müşahidə edəcəyik.
İran Prezidenti bütün sahələr üzrə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və bu potensialdan səmərəli istifadə edilməsinin zəruriliyini də diqqətə çatdırıb.