Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rəhim Rəhimli dəfn edildi

© Photo : REPORTDostları Rəhim Rəhimli ilə vidalaşıb
Dostları Rəhim Rəhimli ilə vidalaşıb - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Doğmaları, sənət dostları və sevənləri ötən gecə dünyasını dəyişən bəstəkar-müğənnini alqışlarla son mənzilə yola salıblar. O, Bülbülə qəsəbəsindəki məzarlıqda dəfn edilib.
BAKI, 30 sentyabr - Sputnik. Ötən gecə kəskin ağciyər və ürək çatışmazlığından dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli bu gün son mənzilə yola salınıb.
Onu doğmaları, sənət dostları və sevənləri alqışlarla yola salıblar. O, Bülbülə qəbiristanlığında dəfn edilib.
***
Bəstəkar-müğənni Rəhimli Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.
Onun sözlərinə görə, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. İfaçının bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.
Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli gecə saatlarında vəfat edib. Məlumata görə, R.Rəhimli anası Firəngiz xanımdan ayrı yaşayırmış və ötən gün yanına gələrək orada dünyasını dəyişib.
İfaçının sənət dostları bildiriblər ki, Rəhimin anasının da uzun müddətdir səhhətində problemlər var. Bu səbəbdən müğənni anasını Türkiyədə müalicə etdiribmiş.
Qeyd edək ki, R.Rəhimli ürəktutmadan dünyasını dəyişib. O, bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.
Məlumat üçün bildirək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. O, 2006-cı ildən bəstəkar, müğənni və aktyor kimi fəaliyyət göstərib. Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır.
O, 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib.
Xəbər lenti
0