https://sputnik.az/20220930/meshur-qennadi-sirketinde-noqsanlar-askar-olunub-446923043.html
Məşhur qənnadı şirkətində nöqsanlar aşkar olunub
Məşhur qənnadı şirkətində nöqsanlar aşkar olunub
Sputnik Azərbaycan
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib... 30.09.2022, Sputnik Azərbaycan
2022-09-30T17:39+0400
2022-09-30T17:39+0400
2022-09-30T17:39+0400
şirniyyat
azərbaycan xəbərləri
yoxlama
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41677/36/416773604_0:123:1920:1203_1920x0_80_0_0_c233a0b60aeb39a96b2d527c13321d46.jpg
BAKI, 30 sentyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Yasamal rayonu, Ş.Qurbanov küçəsi 17 ünvanında fəaliyyət göstərən, "AzCake" MMC-yə məxsus unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.Agentliyin yaydığı məlumata görə, müəssisədə məhsul istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, temperatur və rütübət rejiminə riayət edilmədiyi məlum olub.Bundan başqa, unun saxlanması üçün normativ tələblərə uyğunlaşdırılmış anbarın təşkil olunmadığı, un kisələrinin divara bitişik halda yığıldığı, xammal olaraq istifadə olunan unun maqnit tutuculu ələkdən keçirilmədiyi, döşəmə və divarların tamlığının pozulduğu, məhsulların yuyulması üçün ayrı yuma çanaqlarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılmasına üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41677/36/416773604_76:0:1844:1326_1920x0_80_0_0_33603587532d067f14ef86a3bd7171e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şirniyyat, yoxlama, azərbaycan
şirniyyat, yoxlama, azərbaycan
Məşhur qənnadı şirkətində nöqsanlar aşkar olunub
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib və bu sahədə
BAKI, 30 sentyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Yasamal rayonu, Ş.Qurbanov küçəsi 17 ünvanında fəaliyyət göstərən, "AzCake" MMC-yə məxsus unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Agentliyin yaydığı məlumata görə, müəssisədə məhsul istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, temperatur və rütübət rejiminə riayət edilmədiyi məlum olub.
Bundan başqa, unun saxlanması üçün normativ tələblərə uyğunlaşdırılmış anbarın təşkil olunmadığı, un kisələrinin divara bitişik halda yığıldığı, xammal olaraq istifadə olunan unun maqnit tutuculu ələkdən keçirilmədiyi, döşəmə və divarların tamlığının pozulduğu, məhsulların yuyulması üçün ayrı yuma çanaqlarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılmasına üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.