SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar AŞPA-da müzakirəyə çıxarılacaq

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidAŞPA
AŞPA - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Assambleyada həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın öhdəliklərinə əməl etməsi ilə bağlı müzakirələr də gözlənilir.
BAKI, 30 sentyabr — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında "Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar" mövzusu müzakirə olunacaq. Bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 10-dan 14-dək Strasburqda keçiriləcək payız plenar iclasında həmçinin İrlandiya Prezidenti Maykl D.Higgins, İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisin, Albaniyanın Baş naziri Edi Ramanın çıxışları da olacaq.
Qərbi Balkanlar üçün Avropa perspektivi, islamafobiya və ya anti-müsəlman irqçiliyi, peyvənd ayrı-seçkiliyi və İrlandiya adasında "Brexit"in insan hüquqlarına təsiri ilə bağlı müzakirələr də nəzərdə tutulur. Assambleyada həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın öhdəliklərinə əməl etməsi ilə bağlı müzakirələr də gözlənilir.
Assambleya eyni zamanda, Şengen informasiya sistemindən bəzi dövlətlər tərəfindən siyasi motivli sanksiya kimi sui-istifadə, idmanda qadınlara qarşı ayrı-seçkilik, sığınacaq axtaranlar üçün təhlükəsiz üçüncü ölkələr, miqrasiya idarəçiliyinin qeyri-qanuni tədbirlərlə bağlı hesabatların müzakirəsi də təklif olunub.
AŞPA-nın payız sessiyasının yekun gündəliyi sessiyanın ilk günündə təsdiqlənəcək.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdirməyə başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Xəbər lenti
0