NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın qara qızılının qiyməti bahalaşıb

© AP Photo / David ZalubowskiNeft
Neft - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Dünya bazarında neft ucuzlaşmaqda davam edir. Amma "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb.
BAKI, 30 sentyabr — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 ABŞ dolları, yaxud 1% artaraq 92,85 ABŞ dolları təşkil edib. Hərraclarda "Brent" markalı neftin oktyabr fyuçersləri 87,18 ABŞ dollara satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Dünya bazarında isə neft ucuzlaşmaqda davam edir. Şimal dənizində hasil olunan "Brent" neftinin dekabr fyuçersləri 0,36 % ucuzlaşaraq, 1 bareli 86,87 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,34% düşüb və 1 bareli 80,85 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, cari rübün əvvəlindən "Brent" nefti 24,4 %, WTI markalı neft isə 24% ucuzlaşıb.
Treyderlər OPEC+ alyansının qəti addımlar atacağını gözləyirlər.
Xəbər lenti
0