SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan özünü Bolqarıstan üçün arzuolunan və etibarlı tərəfdaş kimi tanıdıb - Radev

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü olub - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Rumen Radev deyib ki, son illər Azərbaycan ilə yüksək və ali səviyyədə aparılan fəal dialoq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verib.
BAKI, 30 sentyabr - Sputnik. Azərbaycan özünü Bolqarıstan üçün arzuolunan, prioritet və etibarlı tərəfdaş kimi tanıdıb.
Bolqarıstan Teleqraf Agentliyinin (BTA) yaydığı xəbərə görə, bu sözləri Bolqarıstanın Prezidenti Rumen Radev azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib.
Onun sözlərinə görə, son illər Azərbaycan ilə yüksək və ali səviyyədə aparılan fəal dialoq iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verib.
"Şadam ki, bir sıra sahələrdə səmərəli əməkdaşlığımızın inkişafının davam etdirilməsi ilə bağlı fikirlərimiz üst-üstə düşür", - R.Radev bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstana işgüzar səfərə gedib.
Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək və geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü olub - Sputnik Azərbaycan, 1920, 30.09.2022
SİYASƏT
Prezident İlham Əliyev Sofiyada Bolqarıstanlı həmkarı ilə görüşüb
Xəbər lenti
0