DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da intiharların sayı yenə artıb

© AP Photo / David GoldmanABŞ bayrağına bürülmüş qadınlar
ABŞ bayrağına bürülmüş qadınlar - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
ABŞ hökuməti tərəfindən bir neçə ay əvvəl ağır psixoloji vəziyyətdə olan insanlara yardım göstərmək üçün fasiləsiz çalışan qaynar xətt tətbiq edilib.
BAKI, 1oktyabr — Sputnik. ABŞ-da intiharların sayı 2021-ci ildə artaraq, əvvəlki iki ildəki azalma tendensiyasını dəyişib. Bu barədə “Wall Street Journal” ABŞ-ın Xəstəliklərin Nəzarət və Profilaktika Mərkəzinə istinadən məlumat verib.
"İntiharların sayı keçən il 2020-ci illə müqayisədə 4% artıb. Bu göstəricinin artması əsasən kişilər arasında intiharlarla bağlı olub. Ən çox artım 15-24 yaş arası kişilər arasında qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Bu yaxınlarda KİV-lər 2020-ci ildə ölkədə intiharların səviyyəsinin əvvəlki illə müqayisədə 6% azaldığını və bunun son 40 ildə rekord azalma olduğunu qeyd ediblər.
Nəşr yazır ki, iyul ayında ABŞ hökuməti ağır psixoloji vəziyyətdə olan insanlara psixoloji yardım göstərmək üçün 24 saat işləyən qaynar xətt işə salıb.
İyulda Ağ Ev gənc amerikalıların misli görünməmiş mental sağlamlıq böhranı fonunda uşaq və yeniyetmələrə psixoloji dəstək tədbirlərinin genişləndirildiyini elan edib.
Uşaq və yeniyetmələrin əsas problemləri arasında depressiya, həyəcan və intihar düşüncələri qeyd olunub. İlk addım kimi məktəblərdə psixoloji yardımın genişləndirilməsi üçün 300 milyon dollar ayrılıb.
ABŞ rəsmilərinin istinad etdiyi statistikaya görə, yeniyetmələrin 40%-dən çoxu daim kədər və ümidsizlik hissi keçirir, valideynlərin 50%-dən çoxu isə uşaqlarının psixi vəziyyətindən narahatdırlar.
Xəbər lenti
0