https://sputnik.az/20220929/sehadetname-verilmis-startaplardan-bezileri-fealiyyetsizdir---koba-446845381.html
Şəhadətnamə verilmiş startaplardan bəziləri fəaliyyətsizdir - KOBİA
Şəhadətnamə verilmiş startaplardan bəziləri fəaliyyətsizdir - KOBİA
Sputnik Azərbaycan
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nümayəndəsinin sözlərinə görə, maliyyə sıxıntısı çəkən startapların maliyyələşdirilməsinə daha çox diqqət... 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T11:52+0400
2022-09-29T11:52+0400
2022-09-29T11:52+0400
iqtisadiyyat
kiçik və orta biznesin inkişafı agentliyi
startap
maliyyələşmə
https://cdnn1.img.sputnik.az/img/41759/51/417595178_0:50:1921:1130_1920x0_80_0_0_51364f1cd3e9af0862f38f1360e12652.jpg
BAKI, 29 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Startap" şəhadətnaməsi verdiyi KOB subyektlərinin bir qismi fəaliyyət göstərmir."Report" xəbər verir ki, bunu Bakıda "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Agentliyin İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib.Bundan başqa, S.Hümbətov deyib ki, KOBİA nağdsız əməliyyatlara üstünlük verir, onların stimullaşdırılmasında iştirak edir:"Biz mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlimizdəki maliyyə və qeyri-maliyyə alətlərindən istifadə edirik. Bundan başqa, elektron platformaların yaradılmasına, insanlara göstərilən xidmətlərin asanlaşdırılmasına çalışırıq. Hazırda bir neçə platforma üzərində işləyirik, bir neçəsi isə istifadəyə verilib. Həmçinin KOBİA-nın regionlarda istifadəyə verdiyi KOB evlərində də xidmətlərin elektronlaşdırılmasına üstünlük verilir. Yeri gəlmişkən, yaxın vaxtlarda Bakıda da KOB evi istifadəyə veriləcək".(Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41759/51/417595178_94:0:1801:1280_1920x0_80_0_0_a1a1c6a6b31e151687dc97db73821726.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kiçik və orta biznesin inkişafı agentliyi, startap, maliyyələşmə
kiçik və orta biznesin inkişafı agentliyi, startap, maliyyələşmə
Şəhadətnamə verilmiş startaplardan bəziləri fəaliyyətsizdir - KOBİA
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nümayəndəsinin sözlərinə görə, maliyyə sıxıntısı çəkən startapların maliyyələşdirilməsinə daha çox diqqət yetirilməlidir.
BAKI, 29 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Startap" şəhadətnaməsi verdiyi KOB subyektlərinin bir qismi fəaliyyət göstərmir.
"Report" xəbər verir ki, bunu Bakıda "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Agentliyin İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib.
"Biz əsasən şəhadətnamə verməklə startapları dəstəkləyirik. Son iki ildə 60-a yaxın KOB subyektinə "Startap" şəhadətnaməsi vermişik. Amma bu sənəd hər şey demək deyil. Şəhadətnamə verdiyimiz startaplardan fəaliyyətdə olmayanlar var. Bir sıra startaplar maliyyə sıxıntısı çəkirlər. Gələcəkdə onların maliyyələşdirilməsi məsələsinə çox diqqət yetirməliyik ki, ölkə iqtisadiyyatında öz yerlərini tuta bilsinlər", - deyə o qeyd edib.
Bundan başqa, S.Hümbətov deyib ki, KOBİA nağdsız əməliyyatlara üstünlük verir, onların stimullaşdırılmasında iştirak edir:
"Biz mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlimizdəki maliyyə və qeyri-maliyyə alətlərindən istifadə edirik. Bundan başqa, elektron platformaların yaradılmasına, insanlara göstərilən xidmətlərin asanlaşdırılmasına çalışırıq. Hazırda bir neçə platforma üzərində işləyirik, bir neçəsi isə istifadəyə verilib. Həmçinin KOBİA-nın regionlarda istifadəyə verdiyi KOB evlərində də xidmətlərin elektronlaşdırılmasına üstünlük verilir. Yeri gəlmişkən, yaxın vaxtlarda Bakıda da KOB evi istifadəyə veriləcək".