CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq icra başçısı məhkəmədən ən ağır cəzanı istədi

© AFP 2023 / JACK GUEZməhkəmə
məhkəmə - Sputnik Azərbaycan, 1920, 29.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər ifadə veriblər.
BAKI, 29 sentyabr — Sputnik. 18 il əvvəl Yasamal rayonunda 57 yaşlı Rəhilə Cəlilova və 15 yaşlı nəvəsi Aygün Əzizovanı qətlə yetirməkdə ittiham olunan Fərid Məmmədli və Anar Ağalarovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar ittiham üzrə özlərini qismən təqsirli biliblər.
Anar Ağalarovun dediyinə görə, zərərçəkmiş şəxslərin evinə xalası oğlu Teymur Məmmədovun ( həbs olunmazdan əvvəl vəfat edib) təklifi ilə soyğunçuluq məqsədilə gediblər. Qətl törətmək barəsində isə əvvəlcədən heç bir plan qurmayıblar: "Hadisə baş verən il İncəsənət Universitetində ikinci kursda oxuyurdum. Həmin evə sadəcə, soyğunçuluq üçün getmişdim. Amma bilirdim ki, Teymur həmişə üstündə bıçaq gəzdirir. Yaşlı qadını və uşağı bıçaqla öldürdükdən sonra üstümə qışqırdı ki, pulu axtar. Evdən tapılan 600 dolların yarısını mənə verdi. Mənimlə birgə ittiham olunan Fərid Məmmədli həmin vaxt orda olmayıb, sadəcə Teymurun qardaşı olduğu üçün tutublar".
Zərərçəkmiş Aygün Əzizovanın atası təqsirləndirilən şəxsin dediklərinin yalan olduğunu bildirib. O, hadisənin mütəşəkkil dəstə şəklində törədildiyini deyib: "Qətldə bu şəxslərlə yanaşı nənələrinin, atalarının da əli var. Anar Ağalarovun atası polis işçisi olub. 18 il bu qətli gizlədib, üstünün açılmasına imkan verməyib. Atası da, nənəsi də qətli bilib. İndi türmədə bir-birlərinə xəbər ötürürlər ki, boynuna alma, Teymur ölüb, onun üstünə ataq. Bu şəxslər it kimi öləcək. Azyaşlı bir qızı amansızcasına qətlə yetiriblər, bunları Allah da bağışlamayacaq. Xahiş edirəm qanunla nəzərdə tutulan ən ağır cəza verilsin bunlara".
Təqsirləndirilən şəxs Anar Ağalarov istintaqda verdiyi ifadəsində hadisəni Teymur və Fəridlə birgə törətdiklərini, üstlərinə bir bıçaq olduğu üçün zərərçəkmiş şəxslərin evindəki bıçaqlardan da istifadə edərək qətl törətdiklərini deyib.
Proses oktyabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, qətlə yetirilən Aygün Əzizovanın atası, Rəhilə Cəlilovanın kürəkəni olan Asif Əzizov hadisə baş verən vaxt Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elşad Həsənovun müavini olub. Sonradan rayonun digər sabiq icra başçısı Əziz Əzizovun birinci müavini işləmiş A.Əziziov 2015-ci ildə vəzifəsindən azad olunub.
Qətl hadisəsi 2004-cü ildə baş verib. İttiham olunan şəxslərdən biri - Teymur Məmmədov vəfat edib, Anar Ələkbərov isə bu işin üstü açılmamışdan əvvəl narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs olunub.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, istintaq orqanı tərəfindən Fərid Məmmədli və Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.
Xəbər lenti
0