DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya XİN "Şimal axını"nda baş verən qəzaya görə ABŞ-ı ittiham edib

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 29.09.2022
Abunə olmaq
Danimarka və İsveç tamamilə və mütləq oradakı vəziyyətə tam nəzarət edən ABŞ kəşfiyyat orqanlarının nəzarəti altındadır.
BAKI, 29 sentyabr — Sputnik. "Şimal axını"nda baş verən qəza ABŞ kəşfiyyat xidmətlərinin nəzarətində olan ərazidə baş verib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"İndi isə qəzanın harada baş verməsi barədə - bu, Danimarka və İsveçin ticarət-iqtisadi zonasıdır... Bunlar ABŞ silahları ilə doldurulmuş NATO yönümlü ölkələrdir, Amerika kəşfiyyat xidmətləri tərəfindən tamamilə idarə olunan ölkələrdir. O ərazilər ABŞ xüsusi kəşfiyyat xidmətlərinin nəzarəti altındadır", - deyə Zaxarova "Solovyov Live"in efirində deyib.
Sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac etdiyi iki kəmərdə eyni vaxtda qəzalar baş verib.
Danimarka və İsveç hökumətlərinin məlumatlarına görə, Bornholm adasının yaxınlığında "Şimal axını"nda iki və "Şimal axını-2"-də isə bir qaz sızması aşkar edilib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etmir.
Rusiya tərəfi "Şimal axını"nda baş verən qəza ilə bağlı Danimarkadan rəsmi açıqlama istəyib. Danimarka hakimiyyəti qaz sızması ərazisində baş verən partlayışlar barədə Rusiya Federasiyasına məlumat verib.
"Şimal axını"nın operatoru "Nord Stream AG" qaz boru kəmərlərində fövqəladə vəziyyətin misli görünməmiş hadisə olduğunu və təmirin vaxtını dəqiq deməyin mümkün olmadığını bildirib.
Qərbin sanksiyaları nəticəsində "Siemens" turbinlərinin təmirində yaranan problemlərə görə "Şimal axını"nın işi avqustun sonundan dayandırılıb. Lakin boru kəməri qazla dolu qalıb. 2021-ci ildə tamamlanan, lakin heç istifadəyə verilməyən "Şimal axını-2" də artıq qazla doldurulub.
Xəbər lenti
0