https://sputnik.az/20220929/nazir-ermenistan-liderler-seviyyesinde-goturduyu-ohdelikleri-yerine-yetirmir-446885548.html
Nazir: Ermənistan liderlər səviyyəsində götürdüyü öhdəlikləri yerinə yetirmir
Nazir: Ermənistan liderlər səviyyəsində götürdüyü öhdəlikləri yerinə yetirmir
Sputnik Azərbaycan
Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T19:18+0400
2022-09-29T19:18+0400
2022-09-29T19:39+0400
ceyhun bayramov
siyasət
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444615380_0:160:3072:1888_1920x0_80_0_0_ab49fadf3bdd44091b4afd6e54f15551.jpg
BAKI, 29 sentyabr - Sputnik. Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüş keçirib.Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar barədə ətraflı məlumat verib. Nazir Ermənistanın liderlər səviyyəsində əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirmədiyini, normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törətdiyini bildirib. Ceyhun Bayramov bölgədə sabitliyin təmin olunması, Ermənistan ilə kommunikasiyaların açılması, delimitasiya prosesi və sülh sazişinin imzalanması barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. Fransa tərəfinin qeyd edilən prosesdə dəstək göstərməyə hazır olduğunu qeyd edib.Görüş zamanı, digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444615380_171:0:2902:2048_1920x0_80_0_0_cce051df7a2a787fe6f2c15fa5f737be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov
Nazir: Ermənistan liderlər səviyyəsində götürdüyü öhdəlikləri yerinə yetirmir
19:18 29.09.2022 (Yenilənib: 19:39 29.09.2022) Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb.
BAKI, 29 sentyabr - Sputnik. Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar barədə ətraflı məlumat verib. Nazir Ermənistanın liderlər səviyyəsində əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirmədiyini, normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törətdiyini bildirib. Ceyhun Bayramov bölgədə sabitliyin təmin olunması, Ermənistan ilə kommunikasiyaların açılması, delimitasiya prosesi və sülh sazişinin imzalanması barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. Fransa tərəfinin qeyd edilən prosesdə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Görüş zamanı, digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.