https://sputnik.az/20220929/hindistan-ermenistana-245-milyonluq-silah-sursat-gonderir-446838973.html
Hindistan Ermənistana 245 milyonluq silah-sursat göndərir
Hindistan Ermənistana 245 milyonluq silah-sursat göndərir
Sputnik Azərbaycan
Narendra Modinin hökuməti hakimiyyətə gələndən bəri Hindistanın silah ixracının həcmi yeddi dəfədən çox artıb. 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T11:40+0400
2022-09-29T11:40+0400
2022-09-29T11:40+0400
dünya xəbərləri
hindistan
ermənistan
silah
satış
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440808886_0:36:1000:599_1920x0_80_0_0_4eeb15e8144bb22beac4561df6a820ca.jpg
BAKI, 29 sentyabr — Sputnik. Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək. Bu barədə məlumatı "The Economic Times" qəzeti yayıb.Nəşrin məlumatına görə, silah tədarükü iki ölkə arasında sentyabrın əvvəlində imzalanmış müqavilələr əsasında həyata keçiriləcək.Sazişlərə uyğun olaraq, Hindistan Ermənistana xaricə ilk dəfə satılacaq öz istehsalı olan "Pinaka" reaktiv yaylım atəş sistemləri, həmçinin tank əleyhinə raketlər və sursat partiyası verəcək.2020-ci ildə Hindistan Ermənistana dörd "Svati" artilleriya kəşfiyyat qurğusu çatdırıb.Qeyd olunur ki, Narendra Modinin hökuməti hakimiyyətə gələndən bəri Hindistanın silah ixracının həcmi yeddi dəfədən çox artıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə ixracı 2014-2015-ci maliyyə ilində 19,4 milyard rupidən (təxminən 255,6 milyon dollar) 2021-2022-ci maliyyə ilində 116 milyard rupiyə (təxminən 1,528 milyard dollar) yüksəlib.Bu ilin yanvarında Hindistan və Filippin 375 milyon dollar dəyərində "BrahMos" (Brahmos) raket komplekslərinin tədarükünə dair müqavilə imzalayıb. Hindistan tərəfi Filippini üç yerüstü raket kompleksi ilə təmin edəcək və komplekslərin idarə olunması üzrə filippinli operatorlara təlim keçəcək, həmçinin maddi-texniki dəstək göstərəcək.Hindistan hökuməti 2025-ci ilə qədər illik silah ixracının həcmini 365 milyard rupiyə (təxminən 5 milyard dollar) çatdırmağı planlaşdırır.Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdirməyə başlayıblar.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440808886_201:0:1000:599_1920x0_80_0_0_4a56fd430cbf9a1f5dc971802d3d8318.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
hindistan, ermənistan, silah, satış
hindistan, ermənistan, silah, satış
Hindistan Ermənistana 245 milyonluq silah-sursat göndərir
Narendra Modinin hökuməti hakimiyyətə gələndən bəri Hindistanın silah ixracının həcmi yeddi dəfədən çox artıb.
BAKI, 29 sentyabr — Sputnik. Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək. Bu barədə məlumatı "The Economic Times" qəzeti yayıb.
Nəşrin məlumatına görə, silah tədarükü iki ölkə arasında sentyabrın əvvəlində imzalanmış müqavilələr əsasında həyata keçiriləcək.
Sazişlərə uyğun olaraq, Hindistan Ermənistana xaricə ilk dəfə satılacaq öz istehsalı olan "Pinaka" reaktiv yaylım atəş sistemləri, həmçinin tank əleyhinə raketlər və sursat partiyası verəcək.
2020-ci ildə Hindistan Ermənistana dörd "Svati" artilleriya kəşfiyyat qurğusu çatdırıb.
Qeyd olunur ki, Narendra Modinin hökuməti hakimiyyətə gələndən bəri Hindistanın silah ixracının həcmi yeddi dəfədən çox artıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə ixracı 2014-2015-ci maliyyə ilində 19,4 milyard rupidən (təxminən 255,6 milyon dollar) 2021-2022-ci maliyyə ilində 116 milyard rupiyə (təxminən 1,528 milyard dollar) yüksəlib.
Bu ilin yanvarında Hindistan və Filippin 375 milyon dollar dəyərində "BrahMos" (Brahmos) raket komplekslərinin tədarükünə dair müqavilə imzalayıb. Hindistan tərəfi Filippini üç yerüstü raket kompleksi ilə təmin edəcək və komplekslərin idarə olunması üzrə filippinli operatorlara təlim keçəcək, həmçinin maddi-texniki dəstək göstərəcək.
Hindistan hökuməti 2025-ci ilə qədər illik silah ixracının həcmini 365 milyard rupiyə (təxminən 5 milyard dollar) çatdırmağı planlaşdırır.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdirməyə başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.