https://sputnik.az/20220929/enerji-bohrani-fonunda-avropa-olkelerini-mobil-rabitenin-baglanmasi-tehlukesi-gozleyir-446870638.html
Enerji böhranı fonunda Avropa ölkələrini mobil rabitənin bağlanması təhlükəsi gözləyir
Enerji böhranı fonunda Avropa ölkələrini mobil rabitənin bağlanması təhlükəsi gözləyir
Sputnik Azərbaycan
"Onilliklər boyu fasiləsiz enerji təchizatına öyrəşmiş" Avropa ölkələrində elektrik enerjisinin kütləvi kəsilməsinin öhdəsindən gəlməyə kömək edə biləcək... 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T21:21+0400
2022-09-29T21:21+0400
2022-09-29T21:21+0400
enerji
dünya xəbərləri
elektrik enerjisi
avropa
https://cdnn1.img.sputnik.az/img/07e5/07/08/427425328_0:0:3241:1824_1920x0_80_0_0_b6fb3a44178136cf7b2ca3640d4bc565.jpg
BAKI, 29 sentyabr — Sputnik. Avropa ölkələri enerji böhranı səbəbindən qışda mobil rabitənin kəsilməsi ilə üzləşə bilərlər. "Enerji istehlakının məhdudlaşdırılması və ya onun normallaşdırılması region üzrə mobil şəbəkələrin bir hissəsinə təsir göstərərsə, bütün Avropada mobil telefonlar bu qış söndürülə bilər", - deyə bildirilir.Rabitə operatorları hakimiyyət orqanlarının kritik xidmətlərin çatdırılmasını təmin etmək üçün plana malik olduğuna əmin olmaq üçün hökumətlərlə işləyirlər. Mənbələrə görə, bir sıra şirkətlər, xüsusilə "Nokia" və "Ericsson" mümkün enerji çatışmazlığının təsirini azaltmaq üçün operatorlarla əməkdaşlıq edir.Agentliyin məlumatına görə, "onilliklər boyu fasiləsiz enerji təchizatına öyrəşmiş" Avropa ölkələrində elektrik enerjisinin kütləvi kəsilməsinin öhdəsindən gəlməyə kömək edə biləcək kifayət qədər ehtiyat sistemləri yoxdur."Ola bilsin ki, elektrik enerjisinin davamlı şəkildə təmin olunduğu Avropanın böyük yerlərində biz bir qədər ərköyünük... Ola bilsin ki, enerjinin saxlanması sahəsində sərmayələr bəzi digər ölkələrlə müqayisədə az olub", – deyə "Reuters", Fransa rabitə operatorları federasiyasının prezidenti Liza Bellulonun sözlərini sitat gətirir. Onun fikrincə, məsələn, Paris ölkənin bütün antenalarını yeni batareyalarla təmin edə bilməyəcək.Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirib ki, bu da Avropa və ABŞ-da elektrik enerjisinin, yanacağın və ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl bəyan edib ki, Rusiyanın qarşısının alınması və zəifləməsi siyasəti Qərbin uzunmüddətli strategiyasıdır, sanksiyalar isə bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/08/427425328_510:0:3241:2048_1920x0_80_0_0_162f3d3a2544cc32335d04eaae1691d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
enerji, elektrik enerjisi, avropa
enerji, elektrik enerjisi, avropa
Enerji böhranı fonunda Avropa ölkələrini mobil rabitənin bağlanması təhlükəsi gözləyir
"Onilliklər boyu fasiləsiz enerji təchizatına öyrəşmiş" Avropa ölkələrində elektrik enerjisinin kütləvi kəsilməsinin öhdəsindən gəlməyə kömək edə biləcək kifayət qədər ehtiyat sistemləri yoxdur.
BAKI, 29 sentyabr — Sputnik. Avropa ölkələri enerji böhranı səbəbindən qışda mobil rabitənin kəsilməsi ilə üzləşə bilərlər.
"Enerji istehlakının məhdudlaşdırılması və ya onun normallaşdırılması region üzrə mobil şəbəkələrin bir hissəsinə təsir göstərərsə, bütün Avropada mobil telefonlar bu qış söndürülə bilər", - deyə bildirilir.
Rabitə operatorları hakimiyyət orqanlarının kritik xidmətlərin çatdırılmasını təmin etmək üçün plana malik olduğuna əmin olmaq üçün hökumətlərlə işləyirlər. Mənbələrə görə, bir sıra şirkətlər, xüsusilə "Nokia" və "Ericsson" mümkün enerji çatışmazlığının təsirini azaltmaq üçün operatorlarla əməkdaşlıq edir.
Agentliyin məlumatına görə, "onilliklər boyu fasiləsiz enerji təchizatına öyrəşmiş" Avropa ölkələrində elektrik enerjisinin kütləvi kəsilməsinin öhdəsindən gəlməyə kömək edə biləcək kifayət qədər ehtiyat sistemləri yoxdur.
"Ola bilsin ki, elektrik enerjisinin davamlı şəkildə təmin olunduğu Avropanın böyük yerlərində biz bir qədər ərköyünük... Ola bilsin ki, enerjinin saxlanması sahəsində sərmayələr bəzi digər ölkələrlə müqayisədə az olub", – deyə "Reuters", Fransa rabitə operatorları federasiyasının prezidenti Liza Bellulonun sözlərini sitat gətirir. Onun fikrincə, məsələn, Paris ölkənin bütün antenalarını yeni batareyalarla təmin edə bilməyəcək.
Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirib ki, bu da Avropa və ABŞ-da elektrik enerjisinin, yanacağın və ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl bəyan edib ki, Rusiyanın qarşısının alınması və zəifləməsi siyasəti Qərbin uzunmüddətli strategiyasıdır, sanksiyalar isə bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.