https://sputnik.az/20220929/azerbaycandan-pakistanin-texnologiya-sirketlerine-devet-446870118.html
Azərbaycandan Pakistanın texnologiya şirkətlərinə dəvət
Azərbaycandan Pakistanın texnologiya şirkətlərinə dəvət
Sputnik Azərbaycan
Rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib ki, bu vizyonu həyata keçirmək üçün bizə innovasiya ekosistemi lazımdır. 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T15:32+0400
2022-09-29T15:32+0400
2022-09-29T15:32+0400
azərbaycan
pakistan
cəmiyyət
əməkdaşlıq
texnologiya
https://cdnn1.img.sputnik.az/img/42205/51/422055125_0:63:3072:1791_1920x0_80_0_0_95ccdded2a1eb5a09ae8abc4abb9acca.jpg
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Pakistanın texnologiya şirkətlərini ölkədə tədqiqat mərkəzləri yaratmağa dəvət edir. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün keçirilən Azərbaycan-Pakistan Texnologiya Forumunda bildirib.Nazir əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "yaradıcı və innovativ cəmiyyət"in qurulmasının zəruriliyi ifadə olunub:"Bu vizyonu həyata keçirmək üçün bizə innovasiya ekosistemi lazımdır. İxtiralar olmadan isə yenilik mümkün deyil. Beləliklə, sağlam təməl üzərində universitetlərin tədqiqat və inkişaf imkanları ilə dəstəklənən, elm və texnologiyaya əsaslanan güclü sənayeyə ehtiyac var".Qeyd olunub ki, biznes imkanlarının araşdırılması davamlı bir prosesdir. Bu, müntəzəm məlumat mübadiləsini və biznes icmaları arasında birbaşa əlaqələrin təşviqini tələb edir. Azərbaycan-Pakistan Texnologiya Forumu bu cür məlumat mübadiləsini təşviq etmək və yeni işgüzar münasibətləri asanlaşdırmaq üçün effektiv platforma rolunu oynayacaq.R.Nəbiyev Azərbaycan və Pakistan arasında qarşılıqlı etimada, dəstəyə və faydalı əməkdaşlığa əsaslanan güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu, bu il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib.Forumda hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.Forumda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev, Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Pakistan Proqram İxrac Şurasının Kommersiya direktoru Zeeşan Rehman Xattak çıxış edib.Tədbir çərçivəsində Azərbaycan və Pakistanın texnologiya şirkətləri tərəfindən təqdimatlar keçirilib. Forum B2B və B2G formatında görüşlərlə davam edib.Qeyd edək ki, Azərbaycan-Pakistan Texnologiya Forumu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZPROMO, Pakistanın Azərbaycandakı səfirliyi və PAKAZCHAM-ın təşkilatçılığı ilə baş tutub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42205/51/422055125_259:0:2990:2048_1920x0_80_0_0_5872110e71660e171f9078e491b71142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, pakistan, əməkdaşlıq, texnologiya
azərbaycan, pakistan, əməkdaşlıq, texnologiya
Azərbaycandan Pakistanın texnologiya şirkətlərinə dəvət
Rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib ki, bu vizyonu həyata keçirmək üçün bizə innovasiya ekosistemi lazımdır.
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Pakistanın texnologiya şirkətlərini ölkədə tədqiqat mərkəzləri yaratmağa dəvət edir. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün keçirilən Azərbaycan-Pakistan Texnologiya Forumunda bildirib.
Nazir əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "yaradıcı və innovativ cəmiyyət"in qurulmasının zəruriliyi ifadə olunub:
"Bu vizyonu həyata keçirmək üçün bizə innovasiya ekosistemi lazımdır. İxtiralar olmadan isə yenilik mümkün deyil. Beləliklə, sağlam təməl üzərində universitetlərin tədqiqat və inkişaf imkanları ilə dəstəklənən, elm və texnologiyaya əsaslanan güclü sənayeyə ehtiyac var".
Qeyd olunub ki, biznes imkanlarının araşdırılması davamlı bir prosesdir. Bu, müntəzəm məlumat mübadiləsini və biznes icmaları arasında birbaşa əlaqələrin təşviqini tələb edir. Azərbaycan-Pakistan Texnologiya Forumu bu cür məlumat mübadiləsini təşviq etmək və yeni işgüzar münasibətləri asanlaşdırmaq üçün effektiv platforma rolunu oynayacaq.
R.Nəbiyev Azərbaycan və Pakistan arasında qarşılıqlı etimada, dəstəyə və faydalı əməkdaşlığa əsaslanan güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu, bu il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib.
Forumda hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.
Forumda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev, Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Pakistan Proqram İxrac Şurasının Kommersiya direktoru Zeeşan Rehman Xattak çıxış edib.
Tədbir çərçivəsində Azərbaycan və Pakistanın texnologiya şirkətləri tərəfindən təqdimatlar keçirilib. Forum B2B və B2G formatında görüşlərlə davam edib.
Qeyd edək ki, Azərbaycan-Pakistan Texnologiya Forumu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZPROMO, Pakistanın Azərbaycandakı səfirliyi və PAKAZCHAM-ın təşkilatçılığı ilə baş tutub.