https://sputnik.az/20220929/azerbaycana-idxal-edilen-avtomobillerin-resmilesdirilmesi-prosesi-asanlasir-446875535.html
Azərbaycana idxal edilən avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşır
Azərbaycana idxal edilən avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşır
Sputnik Azərbaycan
Komitədən verilən məlumata görə, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl... 29.09.2022, Sputnik Azərbaycan
2022-09-29T17:34+0400
2022-09-29T17:34+0400
2022-09-29T17:35+0400
avtomobil
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42345/05/423450573_0:0:1920:1080_1920x0_80_0_0_88c0f3800e58e25751931b48261329de.jpg
BAKI, 29 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.Komitədən verilən məlumata görə, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan "E-customs" elektron portalı və ya "Smart customs" mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir.Qeyd edək ki, Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq. Bu, "2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Tədbirlər Planında əksini tapıb.Sənəddə bildirilib ki, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, "Azərişıq" ASC, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bankla birlikdə 2022-2026-cı illər ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqini və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayı artırılacaq. Əhatə dairəsinin genişləndirilməsi, ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artması təmin olunmalıdır. Beləliklə, son nəticədə ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin cəmi nəqliyyatda xüsusi çəkisinin artması təmin olunacaq.Qeyd edək ki, hazırda Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi 4,7%-dir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/05/423450573_0:0:1440:1080_1920x0_80_0_0_fa7936e6e1cc31a645fee7de05b63d65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtomobil
Azərbaycana idxal edilən avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşır
17:34 29.09.2022 (Yenilənib: 17:35 29.09.2022) Komitədən verilən məlumata görə, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq.
BAKI, 29 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.
Komitədən verilən məlumata görə, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan "E-customs" elektron portalı və ya "Smart customs" mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.
Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir.
Qeyd edək ki, Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq. Bu, "2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Tədbirlər Planında əksini tapıb.
Sənəddə bildirilib ki, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, "Azərişıq" ASC, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bankla birlikdə 2022-2026-cı illər ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqini və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.
Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayı artırılacaq. Əhatə dairəsinin genişləndirilməsi, ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artması təmin olunmalıdır. Beləliklə, son nəticədə ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin cəmi nəqliyyatda xüsusi çəkisinin artması təmin olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi 4,7%-dir.