Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin sərhəddə tərk edilmiş avtomobillərlə bağlı təklif verib

© Sputnik / Максим Блинов / Mediabanka keçidVolodin
Volodin  - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
Dövlət Dumasının sədri sərhəddə tərk edilmiş avtomobillərin Ukraynada xüsusi əməliyyat iştirakçılarının ailələrinə verilməsinin müzakirəsini təklif edib.
BAKI, 28 sentyabr — Sputnik. Dövlət Dumasının sədri Vyaçeslav Volodin çərşənbə günü palatanın plenar iclasında səfərbərliyə görə ölkəni tərk etmiş vətəndaşların sərhəddə tərk etdiyi avtomobillərin Ukraynada xüsusi əməliyyat iştirakçılarının ailələrinə verilməsinin müzakirəsini təklif edib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Duma sədri qeyd edib ki, sentyabrın 21-dən ölkəni tərk edənlərin siyahıları tərtib edilib.
"İndi maşınlar artıq tərk edilir. Yeri gəlmişkən, biz də fikirləşməliyik ki, bu maşınları kimə verəcəyik. Ola bilsin ki, döyüşə gedənlərin ailələrinə. Bu, daha doğru olar", - spiker deyib.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Putin bildirib ki, səfərbərliyə cəlb olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbas könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. Donbas, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.
Sentyabrın 22-də prezidentin sözçüsü Dmitri Peskov fərmanın 1 milyona qədər insanın hərbi xidmətə çağırılmasına icazə verməsi ilə bağlı xəbərləri təkzib edib.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 22.09.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Volodin: "NATO qüvvələri Rusiya əsgərlərinə qarşı döyüşür"
Xəbər lenti
0