Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Volodin: "NATO qüvvələri Rusiya əsgərlərinə qarşı döyüşür"

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 22.09.2022
Abunə olmaq
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, bu gün Rusiya əsgər və zabitlərinə qarşı təkcə silahlı nasist birləşmələri deyil, həm də NATO qüvvələri döyüşür.
BAKI, 22 sentyabr — Sputnik. "Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərliklə bağlı verdiyi qərar xüsusi hərbi əməliyyatın vəzifələrinin həllinə kömək edəcək". Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, NATO qüvvələri Rusiya əsgərlərinə qarşı döyüşür: "Bu gün əsgər və zabitlərimizə qarşı təkcə silahlı nasist birləşmələri deyil, həm də NATO qüvvələri döyüşür. Təmas xətti 1000 km-dən çoxdur. Böyük Vətən Müharibəsi illərində Ukrayna ərazilərini faşistlərdən azad etmək üçün dörd cəbhə fəaliyyət göstərib. Aydındır ki, silahlı qüvvələrimizin sayını artırmaq lazımdır".
Ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyi və RF Silahlı Qüvvələri Baş Qərargahının ölkədə qismən səfərbərlik keçirmək təklifini dəstəklədiyini və müvafiq fərman imzaladığını bildirib. O, həmçinin bəyan edib ki, Vaşinqton, London və Brüssel Kiyevi hərbi əməliyyatları birbaşa Rusiya Federasiyasının ərazisinə keçirməyə sövq edir. Prezident qeyd edib ki, Rusiya təhlükəsizliyini əlində olan bütün vasitələrlə təmin edəcək.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0