https://sputnik.az/20220928/vetendaslari-cekide-aldadan-corek-saticisina-qarsi-is-acildi-446794177.html
Vətəndaşları çəkidə aldadan çörək satıcısına qarşı iş açıldı
Vətəndaşları çəkidə aldadan çörək satıcısına qarşı iş açıldı
Sputnik Azərbaycan
Dövlət Xidməti çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı iri çörək... 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T11:04+0400
2022-09-28T11:04+0400
2022-09-28T11:04+0400
çörək
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914045_0:103:2000:1228_1920x0_80_0_0_8ff536532bcd1673b66bfff85fc05751.jpg
BAKI, 28 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə "Bizim Market" MMC-nin satdığı, "Bakery" MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.Sputnik Azərbaycan Dövlət Xidmətinə istinadən xəbər verir ki, araşdırma nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib."Bizim Market" barədə inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.Xatırladaq ki, Dövlət Xidməti çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı iri çörək istehsalçılarının və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərib, onlardan qanunvericiliyə riayət olunmasını tələb edib. İstehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və yaxud çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000-6 000 manat inzibati qaydada cərimə edilir.Qeyd edək ki, bu ilin avqustun 19-da 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat olub. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437914045_114:0:1887:1330_1920x0_80_0_0_b2b526ac99d5fe370673b4191f06f1f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
çörək
Vətəndaşları çəkidə aldadan çörək satıcısına qarşı iş açıldı
Dövlət Xidməti çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı iri çörək istehsalçılarının və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərib.
BAKI, 28 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə "Bizim Market" MMC-nin satdığı, "Bakery" MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.
Sputnik Azərbaycan Dövlət Xidmətinə istinadən xəbər verir ki, araşdırma nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib.
"Bizim Market" barədə inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Xatırladaq ki, Dövlət Xidməti çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı iri çörək istehsalçılarının və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərib, onlardan qanunvericiliyə riayət olunmasını tələb edib. İstehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və yaxud çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000-6 000 manat inzibati qaydada cərimə edilir.
Qeyd edək ki, bu ilin avqustun 19-da 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat olub. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.