https://sputnik.az/20220928/turkiye-herbi-deniz-donanmasinda-anim-gunune-hesr-olunan-tedbir-kecirilib---foto-446805270.html
Türkiyə Hərbi Dəniz Donanmasında Anım Gününə həsr olunan tədbir keçirilib - FOTO
Türkiyə Hərbi Dəniz Donanmasında Anım Gününə həsr olunan tədbir keçirilib - FOTO
Sputnik Azərbaycan
Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin... 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T14:55+0400
2022-09-28T14:55+0400
2022-09-28T14:55+0400
ermənistan
hərbi
anım günü
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1c/446804832_0:77:912:590_1920x0_80_0_0_9546cfac0113d9a9f911c9ec9afd4695.jpg
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Əvvəlcə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən, həmçinin igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.Sonda xatirə şəkili çəkdirilib.Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1c/446804832_12:0:901:667_1920x0_80_0_0_2c2925fc5fbd7c573c08aa2421c662c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ermənistan, anım günü
Türkiyə Hərbi Dəniz Donanmasında Anım Gününə həsr olunan tədbir keçirilib - FOTO
Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən danışılıb.
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən, həmçinin igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Sonda xatirə şəkili çəkdirilib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.