CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt-Xırdalan-Bakı qatarlarının birinin ləğvinin səbəbi açıqlanıb

© Official website of President of Azerbaijan RepublicSumqayıt-Xırdalan-Bakı qatarı
Sumqayıt-Xırdalan-Bakı qatarı - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
Sentyabrın 15-27-də Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb.
BAKI, 28 sentyabr - Sputnik. Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə sıxlıq daha çox olduğundan Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı həmin istiqamətə yönləndirilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarının Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilərkən bildirilib.
Qeyd olunub ki, sentyabrın 15-27-də Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb, bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.
Xatırladaq ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. Biri isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır.
Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq yeni qatarların alınması istiqamətində işlər aparılır.
Xəbər lenti
0