CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələrdə kütləvi dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı - VİDEO

© AFP 2024 / THOMAS SAMSONНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
O, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.
BAKI, 28 sentyabr - Sputnik. Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 2004-cü il təvəllüdlü Camal Əliquliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, o, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.
Araşdırmalar davam etdirilir.
"Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər", - məlumatda deyilir.
Эмблема Службы государственной безопасности - Sputnik Azərbaycan, 1920, 29.07.2022
CƏMİYYƏT
DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib
Xəbər lenti
0