https://sputnik.az/20220928/simal-axinindaki-texribata-gore-qetiyyetli-cavab-verilecek-446800579.html
"Şimal axını"ndakı təxribata görə "qətiyyətli cavab" veriləcək
"Şimal axını"ndakı təxribata görə "qətiyyətli cavab" veriləcək
Sputnik Azərbaycan
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Avropanın aktiv enerji infrastrukturunun hər hansı bir şəkildə qəsdən pozulması... 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T12:42+0400
2022-09-28T12:42+0400
2022-09-28T12:46+0400
"şimal axını-2"
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42285/23/422852320_0:30:3076:1760_1920x0_80_0_0_180b5d60eeabd94156960c52d01ca26a.jpg
BAKI, 28 sentyabr — Sputnik. Avropa İttifaqı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin üç xəttində törədilən təxribata "qətiyyətli hərəkətlərlə" cavab verəcək, lakin ilk növbədə günahkarlar müəyyən edilməlidir. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün "Twitter" səhifəsində yazıb."Avropanın aktiv enerji infrastrukturunun hər hansı bir şəkildə qəsdən pozulması qəbuledilməzdir və mümkün olan ən güclü cavabla nəticələnəcək", – deyə fon der Lyayen sözünə davam edib.Onun sözlərinə görə, obyektin dağıdılmasında iştirak edənlərin hamısının müəyyən edilməsi üçün hərtərəfli araşdırma aparılacaq.Xatırladaq ki, İsveçin xarici işlər naziri Ann Linde deyib ki, ehtimal ki, təxribat səbəbindən partlayışlar "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin üç xəttində qaz sızmasına səbəb olub.İnternet saytlarında daha əvvəl yazıldığı kimi, Danimarka Dəniz İdarəsi "Şimal axını" qaz kəmərinin yerləşdiyi yerə uyğun gələn "Bornholm" adasının şimal-şərqindəki Danimarka eksklüziv iqtisadi zonasında qaz sızmalarının qeydə alındığını bildirib.
https://sputnik.az/20220927/simal-axini-kemerleriinin-dayandirilmasi-a-senayesi-ucun-riskler-yaradir--rf-sefirliyi-446790650.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42285/23/422852320_345:0:3076:2048_1920x0_80_0_0_5869d0909f1b4907c93dab9aeff49058.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
"şimal axını-2"
"Şimal axını"ndakı təxribata görə "qətiyyətli cavab" veriləcək
12:42 28.09.2022 (Yenilənib: 12:46 28.09.2022) Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Avropanın aktiv enerji infrastrukturunun hər hansı bir şəkildə qəsdən pozulması qəbuledilməzdir və mümkün olan ən güclü cavabla nəticələnəcək.
BAKI, 28 sentyabr — Sputnik. Avropa İttifaqı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin üç xəttində törədilən təxribata "qətiyyətli hərəkətlərlə" cavab verəcək, lakin ilk növbədə günahkarlar müəyyən edilməlidir. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün "Twitter" səhifəsində yazıb.
"Avropanın aktiv enerji infrastrukturunun hər hansı bir şəkildə qəsdən pozulması qəbuledilməzdir və mümkün olan ən güclü cavabla nəticələnəcək", – deyə fon der Lyayen sözünə davam edib.
Onun sözlərinə görə, obyektin dağıdılmasında iştirak edənlərin hamısının müəyyən edilməsi üçün hərtərəfli araşdırma aparılacaq.
Xatırladaq ki, İsveçin xarici işlər naziri Ann Linde deyib ki, ehtimal ki, təxribat səbəbindən partlayışlar "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin üç xəttində qaz sızmasına səbəb olub.
İnternet saytlarında daha əvvəl yazıldığı kimi, Danimarka Dəniz İdarəsi "Şimal axını" qaz kəmərinin yerləşdiyi yerə uyğun gələn "Bornholm" adasının şimal-şərqindəki Danimarka eksklüziv iqtisadi zonasında qaz sızmalarının qeydə alındığını bildirib.