https://sputnik.az/20220928/qarabagda-qeyri-adi-heyvanlar-yetisdirilecek-446815112.html
Qarabağda qeyri-adi heyvanlar yetişdiriləcək
Qarabağda qeyri-adi heyvanlar yetişdiriləcək
Sputnik Azərbaycan
Azərbaycan Tacikistandan yaklar almağı planlaşdırır. Azərbaycandan Tacikistana şabalıd, rozmarin və zeytun ağaclarının idxalı da müzakirə edilib. 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T18:35+0400
2022-09-28T18:35+0400
2022-09-28T18:35+0400
qarabağda yeni döyüşlər
cəmiyyət
tacikistan
heyvan
kənd təsərrüfatı
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/05/425391159_0:100:3076:1830_1920x0_80_0_0_e17962c9af1710b9faa343e1cc1f52dd.jpg
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Qarabağ regionunda yetişdirilməsi üçün Tacikistandan yaklar almağı planlaşdırır.Bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə onlayn görüşdə bildirib.Tacikistanın kənd təsərrüfatı nazirinin müavini Niqina Anvari ölkəsinin Azərbaycandan mal-qara və balıqlar üçün yem idxalında maraqlı olduğunu deyib.Bundan başqa, Tacikistanın ixrac potensialının artması nəzərə alınmaqla, ölkələr arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsi məsələsi müzakirə olunub.Tərəflər pambıq, çəltik və digər məhsuldarlıqla bağlı potensialın olduğu yeni sortların yetişdirilməsi sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Onlar kənd təsərrüfatı məhsullarının emalı üzrə birgə müəssisələrin yaradılması, Azərbaycandan Tacikistana şabalıd, rozmarin və zeytun ağaclarının idxalını müzakirə ediblər.Qeyd edək ki, yak əsl öküz cinsinə aid heyvan növüdür. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/05/425391159_193:0:2922:2047_1920x0_80_0_0_e512c8b700a312f8cdb520ef8f8ca127.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qarabağda yeni döyüşlər, tacikistan, heyvan, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi
qarabağda yeni döyüşlər, tacikistan, heyvan, kənd təsərrüfatı, kənd təsərrüfatı nazirliyi
Qarabağda qeyri-adi heyvanlar yetişdiriləcək
Azərbaycan Tacikistandan yaklar almağı planlaşdırır. Azərbaycandan Tacikistana şabalıd, rozmarin və zeytun ağaclarının idxalı da müzakirə edilib.
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Qarabağ regionunda yetişdirilməsi üçün Tacikistandan yaklar almağı planlaşdırır.
Bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə onlayn görüşdə bildirib.
Tacikistanın kənd təsərrüfatı nazirinin müavini Niqina Anvari ölkəsinin Azərbaycandan mal-qara və balıqlar üçün yem idxalında maraqlı olduğunu deyib.
Bundan başqa, Tacikistanın ixrac potensialının artması nəzərə alınmaqla, ölkələr arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsi məsələsi müzakirə olunub.
Tərəflər pambıq, çəltik və digər məhsuldarlıqla bağlı potensialın olduğu yeni sortların yetişdirilməsi sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Onlar kənd təsərrüfatı məhsullarının emalı üzrə birgə müəssisələrin yaradılması, Azərbaycandan Tacikistana şabalıd, rozmarin və zeytun ağaclarının idxalını müzakirə ediblər.
Qeyd edək ki, yak əsl öküz cinsinə aid heyvan növüdür. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur.