https://sputnik.az/20220928/menzil-nsaati-dovlet-agentliyi-satilmis-menzillerle-bagli-yekun-neticeleri-aciqlayib-446800453.html
Mənzil İnşaatı Dövlət Agentliyi satılmış mənzillərlə bağlı yekun nəticələri açıqlayıb
Mənzil İnşaatı Dövlət Agentliyi satılmış mənzillərlə bağlı yekun nəticələri açıqlayıb
Sputnik Azərbaycan
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 815 mənzilin güzəştlə satışı prosesinə sentyabrın 24-də başlanılıb və mənzillərin seçimi qısa... 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T13:15+0400
2022-09-28T13:15+0400
2022-09-28T13:15+0400
mənzil
paytaxt xəbərləri
mənzil inşaatı dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741476_0:142:1920:1222_1920x0_80_0_0_acdb556c320be87031fb469e598e5572.jpg
BAKI, 28 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində satışa çıxarılmış 815 mənzilin seçimi ilə bağlı statistik məlumatları açıqlayıb.MİDA-nın məlumatına görə, vətəndaşlar Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində seçilmiş mənzillərlə bağlı məlumatla https://mida.gov.az/az/statistics/statistics_35/ keçidi vasitəsilə tanış ola bilərlər.Qeyd edək ki, MİDA-nın növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 815 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə sentyabrın 24-də saat 15:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin, media və QHT nümayəndələrinin iştirakı ilə müşahidə edilib.Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı "Güzəştli mənzil" sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə mənzil seçimi prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.
https://sputnik.az/20220915/mda-nin-guzestli-menzil-informasiya-sistemi-cokdu-446065042.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741476_52:0:1869:1363_1920x0_80_0_0_e2638b2fe7d60f8e0bd33bea5a092b16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mənzil, mənzil inşaatı dövlət agentliyi
mənzil, mənzil inşaatı dövlət agentliyi
Mənzil İnşaatı Dövlət Agentliyi satılmış mənzillərlə bağlı yekun nəticələri açıqlayıb
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 815 mənzilin güzəştlə satışı prosesinə sentyabrın 24-də başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
BAKI, 28 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində satışa çıxarılmış 815 mənzilin seçimi ilə bağlı statistik məlumatları açıqlayıb.
MİDA-nın məlumatına görə, vətəndaşlar Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində seçilmiş mənzillərlə bağlı məlumatla https://mida.gov.az/az/statistics/statistics_35/ keçidi vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, MİDA-nın növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 815 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə sentyabrın 24-də saat 15:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin, media və QHT nümayəndələrinin iştirakı ilə müşahidə edilib.
Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı "Güzəştli mənzil" sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə mənzil seçimi prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.