https://sputnik.az/20220915/mda-nin-guzestli-menzil-informasiya-sistemi-cokdu-446065042.html
MİDA-nın "Güzəştli Mənzil” informasiya sistemi çökdü
MİDA-nın "Güzəştli Mənzil” informasiya sistemi çökdü
Sputnik Azərbaycan
Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olmasıdır. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T12:00+0400
2022-09-15T12:00+0400
2022-09-15T12:00+0400
mida
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/03/16/426524409_0:67:1280:787_1920x0_80_0_0_ce4bb6a83e87a7354bc2c8c3616e33d2.jpg
BAKI, 15 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli Mənzil” informasiya sistemi çöküb. Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olması olub: "Sistemdə yüklənmə olduğundan problemlər yaranıb. Araşdırma aparılır. Hazırda sistemin bərpa olunması üçün iş görülür. Mənzillərin satışı yenidən təşkil olunacaq. Hələlik tarix bəlli deyil". Qeyd edək ki, bu gün saat 11.00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılmışdı (APA).***Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçiriləcək.Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir:“Hansısa qanunsuz hərəkət müəyyən edilərsə, dərhal tədbir görüləcək”.Fərman Qurbanlı satışlarla bağlı da danışıb, bildirib ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılacaq.Xatırladaq ki,30 mart tarixində MİDA-nın satışa çıxartdığı 500-ə yaxın mənzilin 5 saniyəyə satılması ciddi sosial narazılığa səbəb olub. "Güzəştli mənzil" sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilən mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib. Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi "Güzəştli mənzil" sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar.Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb ediliblər.Araşdırmalarla təsbit edilib ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş "Güzəştli mənzil" sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/16/426524409_72:0:1209:853_1920x0_80_0_0_e2d208702fbe4e47213536072f9df3eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mida
MİDA-nın "Güzəştli Mənzil” informasiya sistemi çökdü
Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olmasıdır.
BAKI, 15 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli Mənzil” informasiya sistemi çöküb.
Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olması olub:
"Sistemdə yüklənmə olduğundan problemlər yaranıb. Araşdırma aparılır. Hazırda sistemin bərpa olunması üçün iş görülür. Mənzillərin satışı yenidən təşkil olunacaq. Hələlik tarix bəlli deyil". Qeyd edək ki, bu gün saat 11.00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılmışdı (APA).
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçiriləcək.
Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir:
“Hansısa qanunsuz hərəkət müəyyən edilərsə, dərhal tədbir görüləcək”.
Fərman Qurbanlı satışlarla bağlı da danışıb, bildirib ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılacaq.
Xatırladaq ki,30 mart tarixində MİDA-nın satışa çıxartdığı 500-ə yaxın mənzilin 5 saniyəyə satılması ciddi sosial narazılığa səbəb olub. "Güzəştli mənzil" sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilən mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib. Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi "Güzəştli mənzil" sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb ediliblər.
Araşdırmalarla təsbit edilib ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş "Güzəştli mənzil" sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar.