https://sputnik.az/20220928/mdb-olkelerinde-sanitar-muhafize-ve-taunun-yayilma-riskinin-azaldilmasi-muzakire-edilib-446814162.html
MDB ölkələrində sanitar mühafizə və taunun yayılma riskinin azaldılması müzakirə edilib
MDB ölkələrində sanitar mühafizə və taunun yayılma riskinin azaldılması müzakirə edilib
Sputnik Azərbaycan
Konfransda dünyada davamlı epidemioloji salamatlığın təmin edilməsinin yalnız epidemioloji nəzarət və bioloji təhlükəsizlik sahəsində səylərin birləşdirilməsi... 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T17:42+0400
2022-09-28T17:42+0400
2022-09-28T17:42+0400
mdb
dünya xəbərləri
taun
yoluxucu xəstəlik
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871514_0:0:3077:1731_1920x0_80_0_0_e8ff9c969a45fa986c6a17c676b1527a.jpg
BAKI, 28 sentyabr — Sputnik. Sankt-Peterburqda MDB ölkələrinin ərazisinin sanitar mühafizəsi və taun xəstəliyinin yayılma riskinin azaldılması məsələlərinə dair XVI Dövlətlərarası elmi-praktik konfrans keçirilib.MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatına görə, konfransda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.Konfransa, həmçinin Braziliya, Burundi, Venesuela, Vyetnam, Qvineya, Zambiya, İran, Çin, Madaqaskar və Monqolustan nümayəndələri də dəvət edilmişdi. Tədbir iştirakçılarının ümumi sayı 250 nəfərdən çox olub.Görüşdə təqdim edilmiş məruzələrdə və dərc olunmuş materiallarda təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası, laborator diaqnostikası və profilaktikası sahəsində aktual problemlər işıqlandırılıb, taun və digər təhlükəli xəstəliklərin transsərhəd təbii mənbələrində müasir informasiya, diaqnostika və profilaktika texnologiyalarının tətbiqi əsasında epidemioloji tədbirlər kompleksinin optimallaşdırılmasına dair konkret təkliflər verilib.Forumda nəzərdən keçirilmiş problemlərin müasir mürəkkəb sanitar-epidemioloji, sosial-iqtisadi və geosiyasi reallıqlar şəraitində konfransın iştirakçısı olan bütün ölkələr üçün prinsipial əhəmiyyəti qeyd edilib.Konfrans iştirakçıları bildiriblər ki, müasir mərhələdə dünyada davamlı epidemioloji salamatlığın təmin edilməsi yalnız epidemioloji nəzarət və bioloji təhlükəsizlik sahəsində səylərin birləşdirilməsi nəticəsində mümkündür. Beynəlxalq tibbi-sanitar qaydaların reallaşdırılması, əvvəlki konfranslarda sanitar-epidemioloji xarakterli fövqəladə hallara birgə cavab tədbirlərinin təmin edilməsi, epidemioloji nəzarət, ərazilərin sanitar mühafizəsi, bioloji təhlükəsizliyin təmin edilməsi çərçivəsində bütün tədbirlər kompleksinin təkmilləşdirilməsi üzrə qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində Birlik ölkələrində aparılan ciddi iş qeyd olunub.Konfransın sonunda müvafiq qətnamə qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871514_0:0:2729:2047_1920x0_80_0_0_3a61489c7841a231ad6fbe6831ac14a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mdb, taun, yoluxucu xəstəlik
mdb, taun, yoluxucu xəstəlik
MDB ölkələrində sanitar mühafizə və taunun yayılma riskinin azaldılması müzakirə edilib
Konfransda dünyada davamlı epidemioloji salamatlığın təmin edilməsinin yalnız epidemioloji nəzarət və bioloji təhlükəsizlik sahəsində səylərin birləşdirilməsi nəticəsində mümkün olacağı bildirilib.
BAKI, 28 sentyabr — Sputnik. Sankt-Peterburqda MDB ölkələrinin ərazisinin sanitar mühafizəsi və taun xəstəliyinin yayılma riskinin azaldılması məsələlərinə dair XVI Dövlətlərarası elmi-praktik konfrans keçirilib.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatına görə, konfransda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Konfransa, həmçinin Braziliya, Burundi, Venesuela, Vyetnam, Qvineya, Zambiya, İran, Çin, Madaqaskar və Monqolustan nümayəndələri də dəvət edilmişdi. Tədbir iştirakçılarının ümumi sayı 250 nəfərdən çox olub.
Görüşdə təqdim edilmiş məruzələrdə və dərc olunmuş materiallarda təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası, laborator diaqnostikası və profilaktikası sahəsində aktual problemlər işıqlandırılıb, taun və digər təhlükəli xəstəliklərin transsərhəd təbii mənbələrində müasir informasiya, diaqnostika və profilaktika texnologiyalarının tətbiqi əsasında epidemioloji tədbirlər kompleksinin optimallaşdırılmasına dair konkret təkliflər verilib.
Forumda nəzərdən keçirilmiş problemlərin müasir mürəkkəb sanitar-epidemioloji, sosial-iqtisadi və geosiyasi reallıqlar şəraitində konfransın iştirakçısı olan bütün ölkələr üçün prinsipial əhəmiyyəti qeyd edilib.
Konfrans iştirakçıları bildiriblər ki, müasir mərhələdə dünyada davamlı epidemioloji salamatlığın təmin edilməsi yalnız epidemioloji nəzarət və bioloji təhlükəsizlik sahəsində səylərin birləşdirilməsi nəticəsində mümkündür. Beynəlxalq tibbi-sanitar qaydaların reallaşdırılması, əvvəlki konfranslarda sanitar-epidemioloji xarakterli fövqəladə hallara birgə cavab tədbirlərinin təmin edilməsi, epidemioloji nəzarət, ərazilərin sanitar mühafizəsi, bioloji təhlükəsizliyin təmin edilməsi çərçivəsində bütün tədbirlər kompleksinin təkmilləşdirilməsi üzrə qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində Birlik ölkələrində aparılan ciddi iş qeyd olunub.
Konfransın sonunda müvafiq qətnamə qəbul edilib.