https://sputnik.az/20220928/kreml-turkiye-banklarinin-mir-sisteminden-imtinasina-munasibet-bildirib-446812089.html
Kreml Türkiyə banklarının “Mir” sistemindən imtinasına münasibət bildirib
Kreml Türkiyə banklarının “Mir” sistemindən imtinasına münasibət bildirib
Sputnik Azərbaycan
Dmitri Peskovun sözlərinə görə, bu qərar misli görünməmiş təzyiq altında qəbul edilib. 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T15:59+0400
2022-09-28T15:59+0400
2022-09-28T15:59+0400
rusiya
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
türkiyə
"mir"
"mir" ödəniş sistemi
https://cdnn1.img.sputnik.az/img/42274/71/422747172_0:0:3029:1705_1920x0_80_0_0_5901b7ca7d3e2726754670564b515e43.jpg
BAKI, 28 sentyabr — Sputnik. Kreml Türkiyənin dövlət banklarının Rusiyanın "Mir" ödəniş sistemindən istifadədən imtina etmək qərarını ABŞ-ın ölkəyə misli görünməmiş təzyiqi və ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən məcburi hesab edir.Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Kremlin "Mir" ödəniş sistemi kartlarının qəbulunu dayandıran Türkiyə bankları ilə bağlı vəziyyəti necə qiymətləndirdiyini və Rusiya Prezidentinin bu məsələni Türkiyə Prezidenti ilə müzakirə edib-etməyəcəyi sualına cavabında bildirib."Aydındır ki, banklar və iqtisadi tərəfdaşlar Amerika Birləşmiş Ştatlarının çox güclü təzyiqi altındadırlar, onları bank sistemi üçün ikinci dərəcəli sanksiyalarla hədələyirlər. Anlaşılandır ki, bu qərar misli görünməmiş təzyiq altında qəbul edilib. Vəziyyət mürəkkəbdir və əlbəttə ki, biz bu təzyiqə qarşı birgə yollar axtarmalıyıq ki, ticarət-iqtisadi əməkdaşlığımıza xələl gəlməsin və hər il Türkiyəyə gedən milyonlarla rusiyalı turistimiz rahat şəraitdən məhrum olmasın", - deyə Peskov bildirib.Qeyd edək ki, "Bloomberg" adı açıqlanmayan yüksək rütbəli türkiyəli məmura istinadən xəbər yayıb ki, Türkiyənin dövlət bankları Halkbank, Ziraat Bank və VakıfBank "Mir" sistemindən istifadəni dayandırmaq qərarına gəliblər.Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiyanın "Mir" kartının Türkiyədə istifadəsinə dair qərar verə biləcəyini bildirib. Bundan əvvəl Türkiyənin "İşbank" və "Denizbank"ı Rusiyanın Mir kartlarına xidmət göstərməyi dayandırdıqlarını bildirmişdilər. Onlar qeyd ediblər ki, bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib. "Mir" ödəniş sisteminin kartlarının xarici banklarda, xüsusən də Türkiyə banklarında qəbulu və onlara xidmət göstərilməsi kredit təşkilatlarının öz mövqeyindən asılı olacaq."MasterCard" və "Visa"nın analoqu olan kartların buraxılışı - Rusiyanın "Mir" ödəniş sistemi 2015-ci ilin dekabrında başlayıb. Bu günə qədər bu kartlardan 130 milyondan çox sayda buraxılıb.Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Rusiya bir sıra ölkələrlə, o cümlədən, Azərbaycan, Çin və Misirlə yerli “Mir” ödəniş kartından istifadəyə dair danışıqlar aparır. Bundan əvvəl Azərbaycan mərkəzi bankı (AMB) siyasi və iqtisadi aspektləri nəzərə alaraq, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə və Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində “Mir” ödəniş sisteminin ölkədə tətbiqi imkanlarının müzakirə edildiyini bildirmişdi.
https://sputnik.az/20220928/turkiyede-mir-odenis-sisteminden-istifade-eden-bank-yoxdur-cunki-beynelxalq-tezyiq-var-446796046.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42274/71/422747172_78:0:2809:2048_1920x0_80_0_0_183f25a32f0866e93a6be8e278ac24cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, türkiyə, "mir", "mir" ödəniş sistemi
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, türkiyə, "mir", "mir" ödəniş sistemi
Kreml Türkiyə banklarının “Mir” sistemindən imtinasına münasibət bildirib
Dmitri Peskovun sözlərinə görə, bu qərar misli görünməmiş təzyiq altında qəbul edilib.
BAKI, 28 sentyabr — Sputnik. Kreml Türkiyənin dövlət banklarının Rusiyanın "Mir" ödəniş sistemindən istifadədən imtina etmək qərarını ABŞ-ın ölkəyə misli görünməmiş təzyiqi və ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən məcburi hesab edir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Kremlin "Mir" ödəniş sistemi kartlarının qəbulunu dayandıran Türkiyə bankları ilə bağlı vəziyyəti necə qiymətləndirdiyini və Rusiya Prezidentinin bu məsələni Türkiyə Prezidenti ilə müzakirə edib-etməyəcəyi sualına cavabında bildirib.
"Aydındır ki, banklar və iqtisadi tərəfdaşlar Amerika Birləşmiş Ştatlarının çox güclü təzyiqi altındadırlar, onları bank sistemi üçün ikinci dərəcəli sanksiyalarla hədələyirlər. Anlaşılandır ki, bu qərar misli görünməmiş təzyiq altında qəbul edilib. Vəziyyət mürəkkəbdir və əlbəttə ki, biz bu təzyiqə qarşı birgə yollar axtarmalıyıq ki, ticarət-iqtisadi əməkdaşlığımıza xələl gəlməsin və hər il Türkiyəyə gedən milyonlarla rusiyalı turistimiz rahat şəraitdən məhrum olmasın", - deyə Peskov bildirib.
Qeyd edək ki, "Bloomberg" adı açıqlanmayan yüksək rütbəli türkiyəli məmura istinadən xəbər yayıb ki, Türkiyənin dövlət bankları Halkbank, Ziraat Bank və VakıfBank "Mir" sistemindən istifadəni dayandırmaq qərarına gəliblər.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiyanın "Mir" kartının Türkiyədə istifadəsinə dair qərar verə biləcəyini bildirib. Bundan əvvəl Türkiyənin "İşbank" və "Denizbank"ı Rusiyanın Mir kartlarına xidmət göstərməyi dayandırdıqlarını bildirmişdilər. Onlar qeyd ediblər ki, bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib. "Mir" ödəniş sisteminin kartlarının xarici banklarda, xüsusən də Türkiyə banklarında qəbulu və onlara xidmət göstərilməsi kredit təşkilatlarının öz mövqeyindən asılı olacaq.
"MasterCard" və "Visa"nın analoqu olan kartların buraxılışı - Rusiyanın "Mir" ödəniş sistemi 2015-ci ilin dekabrında başlayıb. Bu günə qədər bu kartlardan 130 milyondan çox sayda buraxılıb.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Rusiya bir sıra ölkələrlə, o cümlədən, Azərbaycan, Çin və Misirlə yerli “Mir” ödəniş kartından istifadəyə dair danışıqlar aparır. Bundan əvvəl Azərbaycan mərkəzi bankı (AMB) siyasi və iqtisadi aspektləri nəzərə alaraq, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə və Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində “Mir” ödəniş sisteminin ölkədə tətbiqi imkanlarının müzakirə edildiyini bildirmişdi.