https://sputnik.az/20220928/turkiyede-mir-odenis-sisteminden-istifade-eden-bank-yoxdur-cunki-beynelxalq-tezyiq-var-446796046.html
Türkiyədə "Mir" ödəniş sistemindən istifadə edən bank yoxdur, çünki beynəlxalq təzyiq var
Türkiyədə "Mir" ödəniş sistemindən istifadə edən bank yoxdur, çünki beynəlxalq təzyiq var
Sputnik Azərbaycan
"Bloomberg" adı açıqlanmayan yüksək rütbəli türkiyəli rəsmiyə istinadən xəbər verib ki, Türkiyənin dövlət bankları "Halkbank", "Ziraat Bank" və "VakıfBank"... 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T11:37+0400
2022-09-28T11:37+0400
2022-09-28T11:55+0400
rusiya
bank
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440138963_0:312:3001:2000_1920x0_80_0_0_f877d47e5ee4acc4a0c8f3b99330bc30.jpg
BAKI, 28 sentyabr — Sputnik. Türkiyədə Rusiyanın "Mir" ödəniş sistemindən istifadə edən bank yoxdur. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.Daha əvvəl "Bloomberg" adı açıqlanmayan yüksək rütbəli türkiyəli rəsmiyə istinadən xəbər vermişdi ki, Türkiyənin dövlət bankları "Halkbank", "Ziraat Bank" və "VakıfBank" Rusiyanın Mir ödəniş sistemindən istifadəni dayandırmaq qərarına gəliblər. Agentlik qeyd edib ki, Türkiyə banklarının bu addımları "ABŞ-ın ikinci dərəcəli sanksiyalarının ölkələri Moskvadan uzaqlaşmağa məcbur etməsinə misaldır. İddia olunur ki, bankların bu qərarı həm də Türkiyənin Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyində dönüş yaradır."Özəl banklardan sonra dövlət bankları da Türkiyədə "Mir" sistemindən istifadəni dayandırmaq qərarına gəliblər. Hazırda Türkiyədə "Mir" sistemindən istifadə edən bank yoxdur", - telekanal xəbər verir.Eyni zamanda, Türkiyənin ən böyük bankı olan "Ziraat Bank"ın nümayəndəsi "RİA Novosti"yə bildirib ki, təşkilat Rusiyanın "Mir" ödəniş sistemindən istifadənin dayandırılması ilə bağlı bildirişlər almayıb.Türkiyənin dövlət bankları olan "Halkbank" və "Ziraat Bank" Rusiya banklarının sanksiyaları altında olmayan "Mir" kartlarından lirənin verilməsini davam edir. Türkiyənin özəl banklarının ardınca dövlət bankı olan "Vakıfbank" tərəfindən "Mir" kartlarından lirənin verilməsi prosesi dayandırılıb."Halkbank" isə "RİA Novosti"yə bu gün "Mir" sistemindən istifadənin dayandırılması barədə qərarın Türkiyənin nəzarət orqanından gözlədiklərini bildirib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiyanın "Mir" kartının Türkiyədə istifadəsinə dair qərar verə biləcəyini bildirib. Bundan əvvəl Türkiyənin "İşbank" və "Denizbank"ı Rusiyanın Mir kartlarına xidmət göstərməyi dayandırdıqlarını bildirmişdilər. Onlar qeyd ediblər ki, bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib. "Mir" ödəniş sisteminin kartlarının xarici banklarda, xüsusən də Türkiyə banklarında qəbulu və onlara xidmət göstərilməsi kredit təşkilatlarının öz mövqeyindən asılı olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440138963_0:0:2667:2000_1920x0_80_0_0_1bcbdb4e548bd8d1fdc599770dc68dc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bank, türkiyə
Türkiyədə "Mir" ödəniş sistemindən istifadə edən bank yoxdur, çünki beynəlxalq təzyiq var
11:37 28.09.2022 (Yenilənib: 11:55 28.09.2022) "Bloomberg" adı açıqlanmayan yüksək rütbəli türkiyəli rəsmiyə istinadən xəbər verib ki, Türkiyənin dövlət bankları "Halkbank", "Ziraat Bank" və "VakıfBank" Rusiyanın "Mir" ödəniş sistemindən istifadəni dayandırmaq qərarına gəliblər.
BAKI, 28 sentyabr — Sputnik. Türkiyədə Rusiyanın "Mir" ödəniş sistemindən istifadə edən bank yoxdur. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Daha əvvəl "Bloomberg" adı açıqlanmayan yüksək rütbəli türkiyəli rəsmiyə istinadən xəbər vermişdi ki, Türkiyənin dövlət bankları "Halkbank", "Ziraat Bank" və "VakıfBank" Rusiyanın Mir ödəniş sistemindən istifadəni dayandırmaq qərarına gəliblər. Agentlik qeyd edib ki, Türkiyə banklarının bu addımları "ABŞ-ın ikinci dərəcəli sanksiyalarının ölkələri Moskvadan uzaqlaşmağa məcbur etməsinə misaldır. İddia olunur ki, bankların bu qərarı həm də Türkiyənin Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyində dönüş yaradır.
"Özəl banklardan sonra dövlət bankları da Türkiyədə "Mir" sistemindən istifadəni dayandırmaq qərarına gəliblər. Hazırda Türkiyədə "Mir" sistemindən istifadə edən bank yoxdur", - telekanal xəbər verir.
Eyni zamanda, Türkiyənin ən böyük bankı olan "Ziraat Bank"ın nümayəndəsi "RİA Novosti"yə bildirib ki, təşkilat Rusiyanın "Mir" ödəniş sistemindən istifadənin dayandırılması ilə bağlı bildirişlər almayıb.
Türkiyənin dövlət bankları olan "Halkbank" və "Ziraat Bank" Rusiya banklarının sanksiyaları altında olmayan "Mir" kartlarından lirənin verilməsini davam edir.
Türkiyənin özəl banklarının ardınca dövlət bankı olan "Vakıfbank" tərəfindən "Mir" kartlarından lirənin verilməsi prosesi dayandırılıb.
"Halkbank" isə "RİA Novosti"yə bu gün "Mir" sistemindən istifadənin dayandırılması barədə qərarın Türkiyənin nəzarət orqanından gözlədiklərini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Rusiyanın "Mir" kartının Türkiyədə istifadəsinə dair qərar verə biləcəyini bildirib. Bundan əvvəl Türkiyənin "İşbank" və "Denizbank"ı Rusiyanın Mir kartlarına xidmət göstərməyi dayandırdıqlarını bildirmişdilər. Onlar qeyd ediblər ki, bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib. "Mir" ödəniş sisteminin kartlarının xarici banklarda, xüsusən də Türkiyə banklarında qəbulu və onlara xidmət göstərilməsi kredit təşkilatlarının öz mövqeyindən asılı olacaq.